“Suriya və Qarabağ münaqişələri dünya ictimaiyyətinin çağırışlara cavab verməyi bacarmadığını göstərir“
Tarix: 07.03.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


“Suriya münaqişəsi artıq regional deyil, beynəlxalq münaqişəyə çevrilib”.
 
Bu sözləri Azərbaycanda səfərdə olan Tel-Əviv Universitetinin prorektoru, Orta Şərq üzrə ekspert Eyal Zisser deyib. O xatırladıb ki, Suriya münaqişəsində təkcə suriyalılar deyil, dünyanın bir çox yerindən könüllülər döyüşür: “Suriya münaqişəsi hazırda cəmiyyətin radikallaşması şəklində təzahür edir. Əvvəllər bu, Suriyada yox idi. Münaqişə təbii kataklizmlərdən baş verib. Neçə illik quraqlıq səbəbindən fermerlər mitinq keçirməyə başladılar və bu, getdikcə hökumət əleyhinə aksiyalara çevrildi. İnsanlar radikallaşmağa başladılar. Burada təbii ki, xarici qüvvələrin də təsiri oldu. Bu ölkənin məsələsi regional stabilliyin təmin olunmasında aparıcı rol oynayır”.
 
Ekspert Suriya məsələsi ilə Dağlıq Qarabağ münaqişəsinin ortaq tərəflərindən də danışıb: “Dağlıq Qarabağ münaqişəsindəki kimi, bu münaqişədə də dünya ictimaiyyətinin çağırışlara cavab verməyi bacarmadığı müşahidə edilir. Lakin Suriya münaqişəsi daha faciəvi və çətin münaqişədir. Suriya münaqişəsini həll etmək üçün dünya aktorlarının nə istədiyini bilmək lazımdır. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir”.
 
Suriya münaqişəsinin Azərbaycana necə təsir edəcəyinə gəlincə, E. Zisser qeyd edib ki, Suriyada döyüşən azərbaycanlılar ölkələrinə qayıda və özləri ilə radikallaşma ideologiyası, döyüş taktikası gətirə bilərlər.
 
E. Zisser münaqişənin həllində dünya güclərinin hər birinin öz marağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi Bəşər Əsəd hakimiyyətinin legitimliyini qorumaqdır: “Rusiya “İŞİD”ə qarşı döyüşmür. Məsələn, Obama Suriyaya ordu göndərmədi. Rusiya isə çox az sayda olsa da, göndərib və bununla da Bəşər Əsədi qoruya bilib. Bu ölkə üçün məhz Dəməşqdə nələrin baş verdiyi maraqlıdır. Türkiyə isə Suriya ilə sərhəddə Kürdüstan dövlətinin yaradılması təhlükəsi səbəbi ilə Rusiya ilə danışıqlara girmək məcburiyyətində qalıb”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info