Güllü-güllü güllərim…
Tarix: 07.03.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Çiçək, yarpaq, budaq, meyvə və digər dekorativ materiallarla paltarları, bayram keçirilən yerləri və interyeri bəzəmək adəti çoxəsrlik tarixə malikdir. AZƏRTAC xəbər verir ki, tunc dövrünə aid arxeoloji qazıntılar çiçəklərdən daha qədim dövrlərdən bəzək kimi istifadə edildiyini göstərir. Qədim Misirdə məbəd və sarayları gül nümunələri ilə bəzəyirdilər. Qədim yunanlar və romalılar çələngi çox sevirdilər. Herkulanum şəhərində tapılan freskalarda Herkules başında dəfnə çələngi, nimfa Arkadi isə qızılgül çələngi ilə təsvir edilib. Qədim slavyan xalqları gül çələngindən həm də fala baxmaq üçün istifadə edirdilər. Hindistan, İndoneziya və Birma kimi ölkələrdə evə gələn hörmətli qonaqların boynuna gül çələngləri salınması ənənəsi indiyədək yaşayır. Həmin ölkələrdə hər hansı məclisi gül-çiçəksiz təsəvvür etmək çətindir.
Avropada buketlər XIV-XV əsrlərdə meydana çıxmağa başlayıb. Buket fransız sözü olub, tərcüməsi “gözəl tərtib edilmiş güllər qrupu” deməkdir. Zaman keçdikcə primitiv tərtib edilmiş gül çələngləri daha da təkmilləşib. Viktoriya, Pompadur, Bidermeyer, Makart, Plato və s. üslubunda olan gül buketləri dəbə düşməyə başlayıb.
Güllər həmişə insanları müşayiət edib və onun vasitəsilə öz hisslərini büruzə veriblər. Qızılgül - ən incə hisslər, qərənfil - ilk məhəbbət, süsən - təmizlik, səhləb - ailə xoşbəxtliyi, astra - bağışlanma istəyi, xrizantema - dostluq, tülpan - məhəbbəti büruzə vermək, yasəmən - ilk məhəbbət rəmzi hesab olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info