Növbəti hərracda 9 dövlət əmlakı özəlləşdirilib
Tarix: 07.03.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ictimai nəzarət və şəffaflıq prinsiplərinin tətbiqi ilə keçirdiyi açıq hərracları davam etdirir.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən martın 7-də keçirilən hərracda 2 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Qeyd edək ki, hərrac barədə elan bir ay öncə komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də təşkil olunmuş hərraclarda satılmış əmlaklar haqqında ətraflı məlumat almaq mümkündür. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün https://goo.gl/DfQWxE lnikindən istifadə etmək kifayətdir.
Açıq və şəffaf şəraitdə keçirilən hərracda sifariş verib iştirakçı statusu qazanan vətəndaşlardan əlavə, hərracla maraqlanan insanlar da iştirak edərək hərrac prosesini müşahidə ediblər. Hərrac günü böyük monitorlarda komitənin Özəlləşdirmə portalı (privatization.az) üzərindən hərraca çıxarılmış əmlaklar və iştirak prosedurları barədə qısa məlumat verilib.
Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hamısı paytaxtın əsasən Suraxanı, Yasamal, Binəqədi, Nizami, Nərimanov rayonlarında yerləşir.
Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinə Göygöl rayonunda yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsi aiddir.
Hərrac proseduruna əsasən, qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq, bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.
Xatırladaq ki, növbəti belə hərrac martın 14-də keçiriləcək. Bu hərracla http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1408 linkində tanış olmaq olar.
Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən, lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə ətraflı məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info