“The Washington Times”: “Azərbaycanın xeyirxah xanımı”
Tarix: 07.03.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“The Washington Times” qəzetində “Caspian Group Holdings”in direktoru Rob Sübhaninin “Azərbaycanın xeyirxah xanımı” sərlövhəli məqaləsi dərc edilib. Materialda Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək insani keyfiyyətlərindən və xeyriyyəçilik fəaliyyətindən bəhs edilir.
Müəllif Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu yaxınlarda ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsinin mədəni, iqtisadi və siyasi baxımdan əsaslandırılmış olmasından söhbət açaraq “Azərbaycanın Şekspiri” Hüseyn Cavidin aşağıdakı misralarını sitat gətirir:
“Gəzdim, dolaşdım, uğradım hər elə,
Mən böylə bir qadın görmədim hələ.
Böyüklükdə, mərhəmətdə seçilmiş,
Alicənablıq boyuna biçilmiş”.
Müəllif yazır ki, müsəlman dünyasında qadınlar gender bərabərliyi və mühüm qərarlar qəbul edilən masa arxasında yer uğrunda mübarizə apardıqları bir vaxtda Azərbaycan bu yüksək vəzifəyə qadını təyin etməklə tarixi əhəmiyyətli sıçrayış edib.
“Belə bir islahatçının, ağıllı və uzaqgörən siyasi xadimin bu vəzifəyə təyin olunmasını nə üçün dəstəkləmək lazımdır?”, - deyə soruşan müəllif öz sualına özü cavab verir: Əgər biz islam ekstremizmi problemini uğurla həll etmək istəyiriksə, onda müsbət və nikbin alternativlər tapmalı və onları dəstəkləməliyik. R.Sübhani vurğulayır ki, xanım Əliyevanın uğurları bütün müsəlman dünyasında ibrət götürülməyə layiq nümunə ola bilər.
Ekspert yazır ki, Mehriban xanım çox cəhətdən, mənsub olduğu millətinin əsas dəyərlərini özündə cəmləşdirir. Adının hərfi mənası “xeyirxah xanım” demək olan Mehriban xanım dini tolerantlığın fundamental əsasını təcəssüm etdirir. O, bütün dinlərə münasibətdə tolerantlığın tərəfdarıdır. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər konfessiyaların nümayəndələri dinc yanaşı və həmrəylik şəraitində yaşayır. Məsələn, yəhudi icması Azərbaycanın paytaxtı Bakıda yeni sinaqoq tikilməsini qərara alanda Mehriban xanım bu qərarı bütünlüklə dəstəkləmişdi.
Müəllif daha sonra Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi xeyriyyəçilik fəaliyyəti, o cümlədən Pakistanda zəlzələdən sonra bu ölkənin ucqar bir rayonundakı məktəbin bərpası üçün yardım etməsi barədə yazır. Məqalədə həmçinin Merilend ştatının Montqomeri dairəsində fiziki imkanları məhdud olan uşaqlara xidmət edən və Heydər Əliyev Fondundan ianələr alan “Longview” məktəbində xeyriyyə aksiyasında Azərbaycanın birinci xanımının iştirak etməsi də qeyd olunur. Vaşinqtonun ən yoxsul sakinlər yaşayan məhəllələrindəki gənclər məktəbdə oxuduqları son il ərzində təcrübə keçmək üçün Mehriban xanımın sayəsində təqaüd alırlar. Bu layihə Heydər Əliyev Fondu ilə Vaşinqtondakı “Urban Alliance” təşkilatının tərəfdaşlığı nəticəsində reallaşdırılıb.
R.Sübhani məqalənin sonunda yazır ki, Yaxın Şərqin çox yerində qadın hüquqlarının tapdalanması davam etdiyi bir vaxtda Azərbaycanın “xeyirxah xanımı”nın Birinci vitse-prezident vəzifəsinə təyin olunması Birləşmiş Ştatlar tərəfindən alqışlanmalı və dəstəklənməlidir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info