Amerikalı yəhudi və müsəlman xanımlar Azərbaycana səfər edib
Tarix: 07.03.2017 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarında yaşayan 34 yəhudi və müsəlman qadın Azərbaycana səfər edib. Səfər Azərbaycanın ABŞ-dakı səfirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Azərbaycan Mərkəzi tərəfindən təşkil olunub. Səfərin məqsədi əcnəbi xanımlara Azərbaycanda əsrlər boyu yəhudi və müsəlmanların bir yerdə dostcasına yaşamasını nümayiş etdirməkdir. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Azərbaycan Mərkəzinin sədri İradə Axundova deyib ki, Azərbaycan hər zaman dostluq ölkəsi olub: "Burada bütün dinlərin nümayəndələri əsrlər boyu dostcasına yaşayıblar və yaşayırlar. Bu səfər nəticəsində biz də əcnəbi xanımlara ölkəmizdəki tolerant və multikultural mühiti göstərmək istəyirik”. Qeyd edək ki, səfər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Təhsil Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA Universiteti və s. təşkilatlarda görüşlər olacaq. Qonaqlar həmçinin bir neçə xanım deputatlarla da görüşəcəklər. Bununla yanaşı əcnəbi xanımların Şəki, Qəbələ, Şamaxı və Qubaya səfərləri olacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“
23.08.2019
“Biz silah yarışına girmək istəmirik, amma...“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info