İmişlinin iki kəndinə ilk dəfə təbii qaz verilib
Tarix: 07.03.2017 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 49 yaşayış məntəqəsindən 32-si qazlaşdırılıb. Bu gün isə onların sırasına Məzrəli və Çaxırlı kəndləri də əlavə olunub. Ümumilikdə 1052 abonenti olan həmin kəndlərin qazlaşdırılması üçün bir pilləli sistem üzrə ümumi 3 min 530 metr uzunluğunda polietilen və 62 min 568 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici qoyulub.
Kəndlərə təbii qazın verilməsi münasibəti ilə Məzrəli kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib. Qeyd olunub ki, təkcə ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Məzrəli və Çaxırlı kəndləri də daxil olmaqla hazırda rayonun 34 kənd və qəsəbəsində təbii qazdan istifadə edilir. Yaxın günlərdə daha 3 kəndin qazlaşdırılması başa çatdırılacaq.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info