Elmar Məmmədyarova Rusiya Federasiya Şurasının medalı verilib
Tarix: 07.03.2017 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla görüşüb.

İ. Umaxanov Azərbaycan və Rusiya arasında əlaqələrin intensiv inkişaf etdiyini, parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Azərbaycanda keçirilən ümumxalq referendumunda MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri kimi iştirakını xatırladan İ. Umaxanov səsvermənin yüksək səviyyədə keçirildiyini, Azərbaycan xalqının öz iradəsini sərbəst ifadə etdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Rusiya Federasiyası regionlarının əməkdaşlığının iqtisadi əlaqələrin möhkəmlənməsində vacibliyini vurğulayıb. İ. Umaxanov iki ölkənin beynəlxalq müstəvidə də uğurla əməkdaşlıq etdiklərini söyləyib.

E. Məmmədyarov həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvaya səfərindən məmnunluq ifadə edib, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi ilə əlaqədar geniş tədbirlər planının hazırlandığını bildirib.
 
Sonda İlyas Umaxanov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi münasibətilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Rusiya Federasiya Şurasının medalını təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info