Hindistan Respublikasının səfiri universitetdə
Tarix: 07.03.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq 50 illik tarixə malik universitetin təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhrələndiyini bildirib. Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə tanışlıq zamanı Hindistanlı diplomata müasir elektron təhsil şəbəkəsinin idarə olunması, elektron sənəd dövriyyəsinin təşkili, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sistemi, 108 hektarlıq kampusu əhatə edən “Wi-Fi” simsiz internet şəbəkəsi barədə məlumat verilib. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərn “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, “Nuhçıxan” radiosunun fəaliyyəti maraqla qarşılanıb. Görüş zamanı rektor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov universitetin müasir informasiya texnologiyaları ilə zəngin olan maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakükltə və ixtisaslar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dünyanın 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universiet TEMPUS proqramı çərçivəsində 6 beynəlxalq layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumınya, İspaniya, İtaliya, Çexiya kimi Avropa ölkələrində davam etdirirlər. Naxçıvan Dövlət Universitetində hazırda 250-yə yaxın xarici ölkə vətəndaşı təhsil alır. Universitet əməkdaşları “Erasmus +” proqramı çərçivəsində İngiltərə, Almaniya, Avstriyada təcrübə qazanıblar. Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Hindistan universitetlərinin Azərbaycanın bir sıra ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından danışıb, Naxçıvan Dövlət Universiteti ilə virtual əlaqələrin inkişafı, müştərək elmi tədqiqat işlərinin aparılması, tibb, memarlıq və mühəndislik ixtisaslarının tədrisi, informasiya kommunikasiya texnologiyalarından istifadə sahəsində əlaqələrin perspektivlərindən bəhs edib. Görüşdə səfirin xarici ölkə vətəndaşlarının universitetdə təhsil almaq imkanları, bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsilin səviyyəsi ilə bağlı sualları cavablandırılıb. Səfər universitetin Elmi kitabxanası ilə tanışlıqla yekunlaşıb. Burada qonağa kitabxananın 160000-dən yuxarı fonda malik olması, 45000-ə yaxın çap məhsulunu əhatə edən elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info