Qlaukoma özünü büruzə verməyən xəstəlikdir
Tarix: 07.03.2017 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Hər il martın 12-si dünyada Qlaukoma Günü kimi qeyd edilir. Yer kürəsində xüsusi bir gün kimi qeyd olunan qlaukomanın xüsusi olaraq qeyd edilməsi təsadüfi deyil.
Qlaukoma əlamətləri ilə özünü büruzə verməyən xəstəlikdir, çox vaxt onun əmələ gəlməsi hiss olunmur və ona görə də bu sahədə maarifləndirici tədbirlərə ehtiyac var.
Rəsmi statistikaya görə, ölkəmizdə 20 mindən çox qlaukoma xəstəsi qeydiyyatdadır. Lakin bu yalnız qeydiyyatda olan xəstələrin sayıdır. Xəstəlik anadangəlmə olduğu kimi, sonradan qazanılmış da olur. Hər ay mərkəzimizdə azı 2-3 yeni doğulmuş körpədə bu xəstəlik aşkar edilir. İrsi faktor qlaukomada da aparıcı mövqe tutur. Bununla yanaşı, bətndaxili infeksiyalar da onun yaranmasına səbəb olur. Son iki ilin statistikasına görə, xəstələrin sayında təxminən 3-5 faiz artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Aytən Sultanova Ümumdünya Qlaukoma Günü ərəfəsində jurnalistlərə müsahibə zamanı söyləyib.
Baş həkim deyib: “40 yaşdan sonra iki ildən bir, 50 yaşdan sonra isə ildə bir dəfə gözdaxili təzyiqin müayinə edilməsi vacibdir. Xəstəliyin simptomsuz davam edərək, zəif gedişatla görmə sinirinin milyonlarla hüceyrələrini tədricən sıradan çıxarması ən çox narahatlıq doğuran məsələdir, lakin xəstələr onu ən son mərhələdə - dumanlı və ya pis görərkən hiss edirlər. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, qlaukoma xəstəliyinin müalicəsi düzgün aparılmayanda və ya vaxtında aşkar olunmayanda geridönməz fəsadlar verir. Qlaukoma xəstəliyi zamanı görmə sinirinin tam iflic vəziyyətinə düşməsi belə hallardan biridir”.
Baş həkim gözdaxili təzyiq barədə danışarkən deyib: Gözdaxili təzyiq normal halda 14-22 millimetr civə sütununa bərabər olur. Lakin həmin göstəricinin normadan yüksək olması qlaukoma diaqnozunun qoyulması demək deyil. Məsələn, bu, hipertenziya da ola bilər və onu yerli müalicə ilə tamamilə aradan qaldırmaq mümkündür. Lakin gözdaxili təzyiqin çox yüksək olması və görmə sahəsinin boruvari hal alması geridönülməz proses və xəstəliyin son mərhələsinin göstəricisi kimi qəbul olunur.
Ona görə də xəstəliyin yeganə profilaktikası maarifləndirici tədbirlərin keçirilməsidir. Mərkəzimizin qlaukoma şöbəsi təkcə paytaxtda deyil, bu sahədə bütün ölkə miqyasında müxtəlif tədbirlər keçirir. Məlumat üçün onu da bildirmək istəyirəm ki, oftalmoloji xəstəliklər getdikcə artır. Onun atması həm tibbi, həm də sosial problemə çevrilir və xəstəliyin ən ağır formaları əlilliyə səbəb olur”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info