“Daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır”
Tarix: 07.03.2017 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mərasim keçirilib. 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Nazir “Qadınların cəmiyyətdə və daxili işlər orqanlarında rolu” mövzusunda geniş məruzə ilə çıxış edib. O, qadınların cəmiyyətdəki rolu və hüquqlarının uzun bir tarixi dövr ərzində formalaşaraq inkişaf etdiyini, daim təkmilləşdiyini, eyni zamanda, öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə seçilən Azərbaycan qadınının ictimai həyatda həmişə fəal rol oynadığını,  şairlərimiz, yazıçılarımız və mütəfəkkirlərimizin qadınları həyatın mənbəyi, müdriklik mücəssəməsi kimi tərənnüm etdiklərini xatırladıb. 
Nazir bildirib ki, Mehriban Əliyevanın insanlığın yüksəlişinə və təntənəsinə xidmət edən nəcib təşəbbüsləri, dinlər və sivilizasiyalar arasında mədəni dialoqun qurulması,  elmi-humanitar əməkdaşlığın dərinləşməsi, Azərbaycan barədə həqiqətlərin beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti, əsl vətəndaşlıq mövqeyi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır, eləcə də ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Ramil Usubov Daxili İşlər Nazirliyində gender siyasəti sahəsində məqsədyönlü və sistemli şəkildə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu məqsədlə 2001-ci ildə nazirlikdə gender məsələləri üzrə vəzifənin təsis olunduğunu, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaşın xidmət apardığını, böyük bir qisminin Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərdiklərini, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirdiklərini, fədakarlıqlar göstərdiklərini bildirib. 
Qadın əməkdaşlardan Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahəddinovanın “Şöhrət” ordeni və “Tərəqqi” medalı, polis mayoru Nigar Qarayeva və istefada olan polis polkovniki Marina Nəsibovanın “Vətən uğrunda”, polis polkovniki Yeganə Məmmədovanın və polis baş serjantı Leyla Həsənovanın “İgidliyə görə”, Olimpiya mükafatçısı İradə Aşumova və polis polkovniki Gülşən Əhmədovanın “Tərəqqi”, istefada olan polkovnik-leytenantlar Tamara Mirzəyevanın və Təranə Məmmədovanın “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunduqları, 3 nəfərin fəxri adlara layiq görüldükləri, həmçinin təkcə son 5 ildə xidmətdə fərqlənən 1600-dan çox qadın əməkdaş barəsində nazirlik tərəfindən müxtəlif həvəsləndirmə tədbirləri tətbiq edildiyi, o cümlədən 39 nəfərə mükafat qaydasında vaxtından əvvəl hərbi və xüsusi rütbələr verildiyi məmnunluq hissi ilə xatırlanıb.
 
Bununla yanaşı, daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend və güllə atıcılığı növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri olan Nuriyə Axundova, Nərminə Əliyeva, Riqina Meftahəddinova, Ədilə Qurbanova, Fərqanə Kərimova kimi yüksək nailiyyətlər əldə etmiş onlarla qadının çalışdığı da diqqətə çatdırılıb, onların qürur doğuran mətinliyi, vətənpərvərliyi xüsusi qeyd edilib.
 
Tədbirdə polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova, leytenant Nigar Ağayeva və polis kiçik serjantı Nərminə Əliyeva çıxış edərək qadın əməkdaşlara göstərilən böyük diqqət və qayğıya, o cümlədən xidməti şəraitin yaxşılaşdırılması ilə bağlı görülmüş əhəmiyyətli işlərə, sosial və digər problemlərin həllində əvəzsiz köməyə görə ölkə prezidentinə və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Daha sonra 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə daxili işlər orqanlarının bir qrup qadın əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan olunub. Xidmətdə fərqlənənlərə mükafatlar və yeni  rütbələrin paqonları təqdim edilib.
 
Tədbirin sonunda daxili işlər orqanlarında xidmət edən qadın əməkdaşlar adından Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info