Malayziya Şimali Koreya səfirliyinin mühasirəsini götürüb
Tarix: 07.03.2017 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Malayziya polisi KXDR-in Kuala-Lumpurda yerləşən səfirliyinin mühasirəsini ləğv edib. TASS informasiya agentliyi xəbər verir ki, səfirlik ərazisinin həndəvərinə çəkilən sarı maneə lenti yığışdırılıb. Lakin diplomatların binanı tərk etməsinə icazə verilmir. Polis içəridə KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətli ilə bağlılığı ola biləcək üç şübhəlinin gizləndiyini bildirir. Malayziya və Şimali Koreya arasında yaranmış diplomatik qarşıdurma yeni məcraya yönəlib. Əvvəlcə KXDR-in Xarici İşlər Nazirliyi Malayziya vətəndaşlarının ölkədən çıxmasını müvəqqəti olaraq qadağan edib. Buna cavab olaraq Malayziya tərəfi simmetrik addım atıb və Şimali Koreya vətəndaşlarının ölkəni tərk etməsinə məhdudiyyətlər qoyub. Xatırladaq ki, ötən şənbə günü Malayziya hökuməti KXDR liderinin qardaşı olduğu ehtimal edilən Kim Çen Namın bu ölkədə müəmmalı ölümü ilə bağlı Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Kan Çxolu arzuolunmaz şəxs elan etmişdi. Bunun ardınca rəsmi Pxenyan da eyni addımı atmışdı. Malayziya polisi isə Şimali Koreya vətəndaşının ölüm səbəbi, onun şəxsiyyəti və qətldə KXDR-in əli olduğu barədə hələlik tam dəlil-sübut toplaya bilməyib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info