“İŞİD” Mosuldan Rakkaya “köçür”
Tarix: 07.03.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“İŞİD” qruplaşmasının başçıları yaraqlılara Mosulu yubanmadan tərk edib Rakkaya getmək əmri veriblər. Bu barədə “As-Sumariya” telekanalı Mosuldakı mənbəyə istinadla məlumat yayıb. Telekanalın bildirdiyinə görə, qruplaşmanın rəhbərliyi səhra komandanlığına tapşırıb ki, Mosuldakı qərargahı məhv etsin, “xilafət ordusunu” şəhərdən mümkün qədər tez çıxararaq Suriyaya doğru hərəkətə keçsin. Qeyd edək ki, beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə keçirilən əməliyyatların gedişində hökumət qüvvələri iki ildən artıqdır ki, “İŞİD” qruplaşmasının nəzarətində olan Mosulun şərq hissəsini azad edib. Hazırda İraq ordusu şəhərin qərb istiqamətində hücumları davam etdirir. Son məlumatlara görə, ordu birləşmələri yaraqlıları bir sıra hökumət obyektlərindən, o cümlədən mərkəzi bankın, şəhər administrasiyasının və milli muzeyin binalarından çıxarıb, onlarla terrorçu öldürülüb. Mosulun qərb və şərq sahillərini birləşdirən beş körpüdən ikisi bütünlüklə nəzarət altına alınıb. İraqın baş naziri Heydər əl-Abadi Mosulun “İŞİD” tərəfindən ələ keçirilməsindən sonra ilk dəfə bu şəhərə gəlib. İraq hökumətinin başçısı və respublikanın Silahlı Qüvvələrinin baş komandanın səfərindən məqsəd əməliyyatların gedişi ilə tanış olmaq və kampaniyaya cəlb edilən hərbi hissələrə baxış keçirməkdir.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info