Bakıda “əriyən buzlar”: Rusiya və ABŞ-ın baş qərargah rəisləri Türkiyədə
Tarix: 08.03.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Rusiyalı ekspert : “Qerasimovla Danford arasında keçirilən görüşlər Suriya və İraqda vəziyyətin müzakirəsi ilə bağlıdır. Tərəflər hansısa planı razılaşdırmağa çalışır”

Türkiyə, Rusiya və ABŞ silahlı qüvvələrinin baş qərargah rəisləri Türkiyənin Antalya şəhərində görüşüblər. “Hurriyetdailynews.com”un məlumatına görə, üç ölkənin ali zabitləri arasında keçirilən ilk üçtərəfli görüşdə Suriya və İraqdakı vəziyyət müzakirə olunub.
Türkiyə Baş Qərargahının yaydığı açıqlamada görüşün Antalyada keçirildiyi bildirilir. Qeyd edək ki, Türkiyə və Rusiyanın baş qərargah rəisləri bir müddət əvvəl Bakıda bir araya gəlmişdilər. Həmin görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Suriya və İraqda terrorizmə qarşı mübarizədə əməkdaşlıq müzakirə edilmişdi. Bu gün Suriya və İraq ərazisində terrorçulara qarşı qızğın savaş gedir. Eyni zamanda Rusiya və ABŞ-ın busahədə dəstəklədiyi qüvvələrin müəyyən yerdəyişməsi də həyata keçirilir. Bu mənada “İŞİD”-dən azad edilən ərazilərə kimin nəzarət edəcəyi müzakirə predmetidir. Dünən İraq qoşunları Mosulun mərkəzi hissəsində yerləşən əsas əraziləri terrorçulardan azad edib. Suriyada isə kritik ərazi Membiç və Rakkadır. Bir neçə gün əvvəl Türkiyə tərəfi açıqladı ki, RYD terrorçuları Membiçdən çəkilməsə, onlara qarşı əməliyyat keçiriləcək. Bundan dərhal sonra Moskvanın vasitəçiliyi ilə RYD-nin oradan çəkilməyə başladığı və ərazinin Bəşər Əsədə tabe olan orduya təhvil veriləcəyi bəlli oldu. Amma axşam saatlarında tam fərqli informasiya yayıldı. PYD ərazilərdən çəkilmədiyini açıqladı. ABŞ ordusuna aid zirehli texnikalar da həmin əraziyə toplaşıb. Bir neçə gündən sonra Türkiyə prezidenti Moskvaya səfər edəcək. Əsas müzakirə mövzusu Suriya məsələsi olacaq. Bu mənada Rusiya və ABŞ silahlı qüvvələrinin baş qərargah rəislərinin Türkiyədə bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir. Təxminən 3 illik aradan sonra Qerasimovla Danford arasında Bakıda keçirilən görüşün uğurlu olmasının nəticəsidir ki, generallar təkrarən Antalyada görüşürlər. Bakıda “əriyən buzlar” təmasları aktivləşdirib. Rusiyalı ekspert İqor Korotçenko “Pravda.ru”ya dəyərləndirmədə deyib ki, Qerasimovla Danford arasında keçirilən son iki görüş Suriya və İraqın “İŞİD” terrorçularından təmizlənməsi və onlardan sonra yaranacaq vəziyyətin müzakirəsi ilə bağlıdır. Tərəflər hansısa planı razılaşdırmağa çalışırlar: “Bizim üçün prinsipial məsələ odur ki, ABŞ əvvəlki mövqeyini dəyişsin. Hərbi əməliyyatların koordinasiyalı şəkildə aparılması terrorçulara qarşı mübarizədə müsbət nəticə verə bilər. Hərbi məsləhətləşmə “İŞİD”-ə qarşı mübarizə planını razılaşdırmağa imkan verəcək. ABŞ-ın prosesə qoşulması Suriyada münaqişənin həllinə yardım edə bilər. Rusiya yenə də qanuni prezident Bəşər Əsədi müdafiə edəcək və havadan terrorçulara zərbələr endirməkdə davam edəcək. ABŞ da bu prosesdə öz rolunu oynaya bilər. Bunun üçün həm quru qoşunlardan, həm də hava zərbələrindən istifadə mümkündür, Bir daha xatırladıram ki, Moskva Birləşmiş Ştatların Yaxın Şərqdə beynəlxalq terrorizmə qarşı mübarizədə real olaraq prosesə qoşulmasında maraqlıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info