“Zığ” limanı logistik mərkəzə çevriləcək
Tarix: 08.03.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Zığ” quru yük limanının fəaliyyəti genişləndirilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Gəmiçiliyin “Zığ” quru yük limanı fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırır.
Hazırda 6 hektar sahəyə malik liman tamamilə abadlaşdırılır, ərazi və körpülər betonlaşdırılır, qaldırıcı qurğular - kran və avtoyükləyicilər yenilənir. Bütün bu işlər limanın dövriyyəsini artırmağa yönəldilib. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra yükaşırma müəssisəsi həm də logistik mərkəz rolunu oynayacaq. Xəzər dənizinin qərb sahilində yerləşən və 7 körpüyə malik “Zığ” quru yük limanının əsas üstünlüyü mərkəzə yaxın olmasıdır. Dəmir yolu xəttinin körpünün yaxınlığından keçməsi onun əlverişliliyini daha da artırır. Bu, yüklərin vaqonlardan gəmilərə və ya gəmilərdən vaqonlara vurulması prosesini asanlaşdırır. Limanda bərələrlə yük avtomobilləri, göyərtə yükləri, quru yük gəmiləri ilə konteyner, svay, boru, paletli yüklər qəbul olunur və göndərilir. Eyni zamanda, limanın həmin yükləri saxlamaq üçün böyüktutumlu anbarı var. Yükaşırma müəssisəsində gömrük və sərhəd keçid məntəqələrinin fəaliyyət göstərməsi isə müştərilərin işini yüngülləşdirmək baxımından əhəmiyyətlidir. “Zığ” quru yük limanında əməyin mühafizəsinə də xüsusi diqqət yetirilir. Müəssisədə təhlükəsizlik qaydaları qabaqcıl standartlara tam uyğunlaşdırılıb. Bütün bu üstünlüklər limana tələbatı artırır. Mövcud imkanların genişləndirilməsinə yönəldilən tədbirlər isə yeni iş yerlərinin açılmasına imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info