Türkiyənin enerji sektoruna 75 mlrd dollar həcmində sərmayə yatırılıb
Tarix: 09.03.2017 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


“2002-ci ildən etibarən Türkiyənin enerji sektoruna 75 mlrd dollar həcmində sərmayə yatırılıb”. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ABŞ-ın Hyuston şəhərində keçirilən “IHS CERAWeek 2017” enerji konfransında bildirib.
 
Nazir qeyd edib ki, gələcəkdə iqtisadi artımı daha da stimullaşdırmaq üçün bu cür investisiyaların həcmi artmalıdır.
 
B.Albayrakın sözlərinə görə, dünyanın neft-qaz ehtiyatlarının 60%-i Türkiyənin yerləşdiyi regionun payına düşür. O əlavə edib ki, Rusiya, Azərbaycan, İran, Nigeriya və Əlcəzairdən qaz idxalı ilə yanaşı üzən LNG gəmisi layihəsinin reallaşdırılması da davam edir. 
 
İsrail qazının Türkiyənin daxili bazarına, daha sonra isə Avropa bazarına nəql olunması sahəsində işlərin davam etdiyini bildirən nazir qeyd edib ki, bu layihə “qazan-qazan” prinsipinə əsaslanacaq və regionun enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkr. 
 
O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Xətti (TANAP) layihələri bölgəyə sülh və stabillik gətirəcək. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
“Aksam.com.tr”: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir”
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info