Cocuq Mərcanlı partlamamış hərbi sursat və minalardan təmizlənir
Tarix: 09.03.2017 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 8-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 14 evə baxış keçiriblər. Baxış zamanı 1 379 ədəd qəlpə, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 82 millimetrlik minaatan mərmisi (OF-832) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi) və 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, nəticə etibarilə 50 913 kvadratmetr ərazi (11 313 kvadratmetr əl ilə, 15 200 kvadratmetr mexaniki üsulla və 24 400 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Agentlikdən bildiriblər ki, 33 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 145 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 15 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 29 ədəd tank əleyhinə mina (5 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 966 783 kvadratmetr ərazi (423 141 kvadratmetr əl ilə, 246 200 kvadratmetr mexaniki üsulla, 113 000 kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 184 442 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
ANAMA tərəfindən yanvarın 1-dən 8-dək 1 978 ədəd partlamamış hərbi sursat, 69 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 007 147 kvadratmetr ərazi (463 505 kvadratmetr ərazi əl ilə, 246 200 kvadratmetr ərazi mexaniki üsulla, 113 000 kvadratmetr ərazi SENSYS dərinlik ölçən cihazı və 184 442 kvadratmetr ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info