Müstəqil həyatda təhsilin əhəmiyyəti
Tarix: 09.03.2017 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnternat məktəbində təhsil alan və həmin müəssisələrdən məzun olmuş gənclərin ali və peşə təhsilinə cəlb edilməsinə dəstək” adlı layihəsini başa çatdırıb. İctimai Birlikdən bildirilib ki, layihənin əsas məqsədi internat məktəblərində təhsil alan şagirdlərin ali təhsilə marağının, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş imkanlardan maksimum istifadə etmək, bu sahədə maarifləndirici tədbirlər həyata keçirmək və internat məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir. Layihənin icra planına uyğun olaraq təlimlər Sabunçu rayon 1 saylı , Xəzər rayonu 2 saylı , Quba rayunu və Şəki şəhərində yerləşən uşaq evi və internat məktəblərində keçirilib . Bu təlimlərdə hədəf şagirdlərin özlərinə olan inamın yüksəldilməsi ,ali təhsilə və peşə təhsilinə marağın artırılmasıdır. Həmçinin təlimlərdə dövlət tərəfindən internat məktəbi məzunlarına yaradılan imkanlardan və məzuniyyət sonrasında təhsilin əhəmiyyətindən danışılıb. Təlimlərin daha effektiv olması üçün cəmiyyətə inteqrasiyada və təhsildə uğur qazanmış internat məktəblərindən məzun olmuş gənclərlə şagirdlər arasında görüşlər təşkil olunub , təcrübələr paylaşılıb, məzuniyyət sonrası qarşıya çıxa biləcək problemlərlə bağlı uşaqların narahatçılıqlarına münasibət bildirib. Layihənin sonunda dövlətimiz tərəfindən Masazır qəsəbəsində tikilmiş “Məzun evi”-ndə məskunlaşmış və Nizami rayonunda yerləşən yataqxanada qalan internat məzunu olan 25 nəfər gənclər üçün Şamaxı rayonunda 3 günlük qış məktəbi təşkil olunub. Həmçinin, layihədə iştirak etmiş 6 nəfər gənc ARDNŞ-ın Təlim Tədris Mərkəzinə qəbul olması üçün kurslara cəlb olunublar.





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info