Ötən ay dövlət sərhədini pozan 37 nəfər saxlanılıb
Tarix: 09.03.2017 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Bu ilin fevralında dövlət sərhədini pozan 37 nəfər saxlanılıb. Onların 11 nəfəri Nigeriya, 10 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Moldova, 2 nəfəri Qana,  hər ölkədən 1 nəfər olmaqla, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkmənistan vətəndaşıdır.
 
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, sərhəd rejim qaydalarını pozarkən 498 halda 624 nəfər saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
 
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 327 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
 
Ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kiloqram 295,3 qram narkotik maddə aşkarlanaraq, götürülüb.
 
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 246 min 188 manat olan qaçaqmal, o cümlədən 2 ədəd “KİA” markalı avtomobil, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 12 ədəd patron, 1 ədəd elektrokeyləşdirici, 1290000 Rusiya Federasiyası rublu, 26500 Avro, 2000 Azərbaycan manatı, 25 ədəd qədimi xalça, 2 ədəd qayıq, 100 ədəd qarmaq, 2553 metr tor, 3391 qutu pirotexniki vasitə, 12191 qutu siqaret, 61 ədəd mobil telefon, 6787 ədəd müxtəlif növ dərman preparatı, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info