Fransada Novruz bayramı
Tarix: 09.03.2017 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Ruayan şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyasının  təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib. Şəhərin meri Didiye Kantən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiyasiyasının prezidenti, Fransa parlamentinin üzvü,  Jan-Fransua Mansel və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin baş katibi Mirvari Fətəliyevanı şəhər meriyasında rəsmi qəbul  edib.  Səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək ölkəmizin mədəniyyətinə göstərilən diqqət üçün bütün meriya əməkdaşlarına təşəkkür edib.  O, həmçinin Fransanın müxtəlif şəhərləri ilə dostluq və qardaşlıq sazişlərinin imzalandığını qeyd etmiş, elecə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun üzvu olan Fransanın rolundan danışıb. Daha sonra Ruayan şəhərinin Konqreslər Sarayında Azərbaycanda turizmə aid film nümayiş etdirilib.  Tədbiri açan mer D. Kantən Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən şad olduğunu qeyd etmiş və hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından bəhs edib. J.F Mansel Azərbaycanın Dostalrı Assosiyasiyasının fəaliyyəti, Azərbaycanın tanıdılması üçün Fransanın müxtəlif regionlarında hər il bu kimi silsilə tədbirlərin uğurundan, eləcə də assosiyasiyanın Azərbaycanı kəşf etmək üçün fransızlar uçun təşkil etdiyi səyahətlərdən danışıbdır. Səfir Elçin Əmirbəyov isə Novruz bayramı haqqında məlumat vermiş və  bildirmişdir ki, bu bayram azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Birgə yaşayışı, sülhü təbliğ edən Novruz bayramı həm də 2010-cu ildən etibarən BMT tərəfindən beynəlxalq bayram elan edilib. Səfir daha sonra Azərbaycanda multikulturalizm barədə məlumat verib. Tədbirin sonunda Xalq artisti Yusif Qasimovun rəhbərlik etdiyi “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı ilə çıxış edib. Azərbaycan rəqslərini 400 dən çox tamaşaçı böyük maraqla izləyib. 
Anar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info