K. Zorlu: “İqtisadi baxımdan Orta Asiya ölkələrinin Rusiyadan üz döndərmələri mümkün deyil”
Tarix: 09.03.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Keçmiş Sovet İttifaqından qalma münasibətlərin davamı kimi Orta Asiyadakı türk ölkələrinin Rusiya ilə münasibətləri müstəqillik dövründə də isti olub. Burada Qazaxıstan və Qırğızıstanı xüsusi qeyd etmək lazımdır. Özbəkistan müəyyən vaxtlarda bəzi təşkilatlara üzv olub, daha sonra ayrılıb və keçmiş prezident İslam Kərimovun dövründə ABŞ-la bəzi müqavilələr çərçivəsində əməkdaşlıq qurub. Orta Asiyanın türk cümhuriyyətləri içərisində Qazaxıstanın Rusiya ilə əlaqələri daha ön plandadır”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putinin Orta Asiyaya son səfərini APA-ya şərh edən Ankaradakı Ahi Evren Universitetinin dosenti Kürşad Zorlu deyib.
K. Zorlu bildirib ki, iqtisadi münasibətlər baxımından nə Qazaxıstanın, nə də digər ölkələrin Rusiyadan üz döndərmələri mümkün deyil: “Keçən il dünyadakı vəziyyətə görə ticarət dövriyyələrində azalma müşahidə edilsə də, Rusiya o ölkələr üçün daim etibarlı ticari tərəfdaş sayılır”.
Ekspert qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp və komandasının Orta Asiyaya açılım etmələriylə bağlı bəzi planları var: “Bu barədə ABŞ-ın paytaxtından bəzi məlumatlar da yayılır. Vladimir Putin həm də Donald Trampın Orta Asiya bölgəsindəki açılımlarına qarşı öz strateji və taktiki həmlələrini əvvəlcədən edərək Orta Asiyanın öz nüfuz dairəsində olmasına dair dünyaya mesaj verir”.
Orta Asiyanın demokratiya yolunda addımlar atması ehtimalına toxunan K. Zorlu bölgədə sovet sistemindən qalma idarəçilik modellərinin və bugünkü Rusiyadan örnək alınan metodların ağırlıqda olduğunu söyləyib: “Dediyiniz istiqamətdə Qazaxıstanın konkret niyyəti olduğunu görməkdəyik. Qazaxıstandakı mənbələrdən aldığım məlumata görə, ölkənin prezident üsuli-idarəsindən parlament üsuli-idarəsinə keçməsi üçün prezident Nazarbayev 40 səlahiyyətini Məclisə və hökumətə verəcək. Qırğızıstanda dəfələrlə seçki keçirilib, bəzi ümidlər cücərib. Türkmənistanın tamamilə özünəməxsus idarəçilik modeli var, tarixdən gələn adət və ənənələrə üstünlük verilir. O biri ölkələrlə müqayisədə Türkmənistanda demokratiya istiqamətində addımlar atılmasının daha uzun vaxt alacağını düşünürəm”.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info