Azərbaycan elektrik enerjisi ixracını dördqat artırıb
Tarix: 09.03.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


2016-cı ildə Azərbaycan elektrik enerjisinin ixracını 2015-ci illə müqayisədə 3,9 dəfə artıraraq 1 mlrd. 46 mln. kVt/saata çatdırıb. Bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Məlumatda qeyd edilir ki, ötən il Azərbaycandan Rusiyaya elektrik enerjisi ixracı 10,8% artaraq 120,2 mln. kVt/saata çatıb. Hesabat dövründə Gürcüstana 109,5 mln. kVt/saat elektrik enerjisi ixrac olunub ki, bu da bundan öncəki illə müqayisədə 7,6% çoxdur.

2016-cı ildə Azərbaycan Türkiyəyə 813,4 mln. kVt/saat elektrik enerjisi satıb. Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracı olmayıb.

Cənub qonşumuz olan İran ötən il Azərbaycandan elektrik enerjisi idxalını 20,8% artıraraq 2,9 mln. kVt/saata çatdırıb.
 
Ötən il Azərbaycan 65,9 mln. kVt/saat elektrik enerjisi idxal edib ki, bu da 2015-ci illə müqayisədə 38,7% çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir
20.08.2019
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info