“Yanvarda adına fərdi şəxsi hesab açılanların sayı əvvəlki ayla müqayisədə 13,8 faiz çox olub”
Tarix: 09.03.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) orqanlarının rəhbər şəxslərinin iştirakı ilə fondun fəaliyyət sahələri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması, sığorta-pensiya münasibətlərinin təşkili, sosial təminat işlərinin düzgün təşkili və s. üzrə cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Səlim Müslümov Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamların, qəbul etdiyi qərarların müsbət nəticələrinin 2017-ci ilin ilk aylarında da aydın şəkildə özünü göstərdiyini vurğulayıb: “Buna misal olaraq, cari ilin ilk ayının yekunları, yəni yanvar ayında artıq ümum daxili məhsul istehsalında 0,8%, xüsusən sənayenin qeyri-neft sektorunda 13,0%, kənd təsərrüfatının ümumi məhsulunda 3,5% artımın qeydə alınması, əhalinin gəlirlərinin 4,6% çoxalaraq 3476,1 milyon manata çatması və s. 2017-ci ilin ölkəmiz üçün uğurla başlandığını, bu ilin də ölkənin sosial-iqtisadi həyatında növbəti irəliləyişlərlə müşahidə olunacağını deməyə əsas verir”.
 
Nazir sosial müdafiə sahəsində qarşıda duran vəzifələrin icrası yönündə də məqsədyönlü işlərin aparıldığını, sosial proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, cari ilin ilk günlərindən aktiv məşğulluq tədbirləri davam etdirilməklə, minimum əməkhaqqının və pensiyaların sığorta hissəsi indeksasiya olunmaqla bu ödənişlərin məbləğinin, ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləğinin növbəti dəfə artırılması təmin olunub. Bu amillər sosial müdafiə sahəsinin dövlət başçısının daim diqqətində dayandığını bir daha təsdiqləyir. Hazırkı iclasda da məqsəd sosial müdafiə sahəsində fəaliyyətin ölkəmizin dayanıqlı inkişafına yönələn proseslərə adekvat şəkildə daha səmərəli təşkili ilə bağlı cari məsələlərin müzakirə olunmasıdır.
 
S.Müslümov Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin vacib sahələrindən birinin məcburi dövlət sosial sığorta haqlarının toplanması olduğunu qeyd edib: “Ötən dövrdə fonda daxilolmalarda, xüsusən də qeyri-büdcə sektoru üzrə daxilolmalarda artım dinamikası mövcuddur. Misal üçün, keçən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,4%, qeyri-büdcə sektorundan daxilolmalar isə 5,8% çox olub. Bu daxilolmalarla bağlı iqtisadi vəziyyətin təhlili əsasında balanslaşdırılmış və reallığa tam uyğun proqnozlar tərtib olunur. 2017-ci ilin yanvar-fevral ayları üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza ümumilikdə 101%, qeyri-büdcə sektoru üzrə isə 102% əməl olunması bu sahədə müsbət tendensiyanın cari ildə də davamı etdiyini göstərir”.
 
S.Müslümov bu sahədə fəaliyyətin gücləndirilməsi, xüsusən də qeyri-formal şəkildə muzdlu əmək fəaliyyəti ilə məşğul olanların əməyinin rəsmiləşdirilməsi, onların məcburi dövlət sosial sığorta sisteminə cəlb edilməsi, bununla eyni zamanda onların gələcək pensiya və digər sosial müdafiə hüquqlarına malik olmaları üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar müvafiq göstərişlərini verib.
 
Fərdi uçotun təşkili sahəsində görülən işlərdən bəhs edən S.Müslümov 2006-cı ildən müasir sığorta-pensiya sisteminin vacib elementi kimi tətbiqinə başlanılan fərdi uçot sisteminin əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb: “Sistemdə fərdi şəxsi hesabı açılanların sayı 1 mart tarixinə artıq 3 431 299 nəfərə çatıb ki, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% çoxdur. Təkcə ötən il sistemdə əlavə olaraq 191 754 nəfər qeydiyyata alınıb. Sistemdə qeydiyyata alınanların sayında hər ay əhəmiyyətli artım özünü göstərir. Misal üçün, cari ilin yanvar ayında adına fərdi şəxsi hesab açılanların sayı əvvəlki ayla, yəni ötən ilin dekabr ayı ilə müqayisədə 13,8%,  fevral ayında isə yanvar ayı ilə müqayisədə 85,7% çox olub. Qeyd olunanlar fərdi uçot sisteminin pensiya və sosial müdafiə hüquqlarının reallaşdırılmasında əhəmiyyətli rolunu və buna görə də işləyən əhalinin həmin sistemdə iştirak etməyə marağının artdığını göstərir. Bu sahədə artımın davam etməsi üçün qarşıdakı dövrdə də səylər gücləndirilməlidir”.
 
S.Müslümov ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması və ötən il fevral ayının 15-dən tətbiqinə başlanması nəticəsində sosial yardım sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşdığını diqqətə çatdırıb: “Praktikada özünü gözlənilən səviyyədə doğruldan, dövlətin sosial yardımlarının təyinatında məmur-vətəndaş təmaslarını tam aradan  qaldıran bu avtomatlaşdırılmış sistem mütəmadi olaraq təkmilləşdirilir və onun texniki imkanları daha da artırılır. Artıq sosial yardımlar üzrə maliyyə idarəçiliyi, ünvanlı sosial yardımlar üzrə tələb olunan vəsaitlərə dair məlumatların əldə olunması və ümumiləşdirilməsi ilə bağlı bütün prosedurların da məhz elektron sistem üzərindən  həyata keçirilməsinə başlanıb”.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info