Diasporumuz Parisdə Sərkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
Tarix: 09.03.2017 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Azərbaycan diaspor təşkilatları Martın 8-də Parisin mərkəzində Trokadero meydanı "İnsan hüquqları esplanad"ında Ermənistan prezidenti S.Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
"Paris Azərbaycan Evi"nin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı soyqırımından danışıblar. Ermənistan Prezidenti Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.
Ermənistan Prezidentinin mətbuatda Xocalı soyqırımının törədilməsinə əmr verdiyini dəfələrlə təsdiqlədiyi bildirilib. Qeyd edilib ki, S.Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi də Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasına riayət etmədiyini dəfələrlə vurğulayıb. Belə bir vəziyyətdə insan hüquqlarının beşiyi olan Fransada Sarkisyan kimi qatillərə yer olmamalıdır. Ermənistan lobbisinin ölkəmiz əleyhinə saxta informasiyalar yayması dayandırılmalıdır.
Aksiyada iştirak edən həmvətənlərimiz bir neçə dildə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır!”, “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımını tanıyaq!”, “Ermənistan torpaqlarımızı qeyri-qanuni olaraq zəbt edib”, “Ermənistan, Azərbaycan torpaqlarından çıx!”, “Yalana yox deyək!”, “Sarkisyan terrorçudur!”, “ASALA terror təşkilatıdır!”, “Sarkisyan diktatordur!”, “Ermənilər, yalanlara son qoyun!”, “Sarkisyan qatildir!”, “Sarkisyanın yeri məhkəmədir!” kimi şüarlar səsləndiriblər. “Xocalı soyqırımında əli olan bir qatilin Avropaya gəlişi qəbuledilməzdir. Əgər Avropa Sarkisyana qapı açırsa, onda orada ədalətdən danışmaq olmaz. Avropadan ədalətsizliyə son qoymağı tələb edirik”, - deyə aksiya iştirakçıları bildiriliblər.
“Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva aksiyada çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət etmədiyini, doğma yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarını pozduğunu diqqətə çatdırıb.  M.Fətəliyeva Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu və və bu soyqırımı törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu bildirib.
Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq faciə zamanı insanların etnik mənşəyinə görə öldürüldüklərini, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Vəkil Fransanın Xocalı soyqırımını tanıması üçün aksiya iştirakçılarını onunla bərabər mübarizə aparmağa səsləyib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmasının onların ikinci dəfə öldürülməsi demək olduğunu bildirən vəkil iştirakçıları faciə zamanı qətlə yetirilənlərin xatirəsini əbədiləşdirməyə - soyqırımının tanınmasına nail olmağa çağırıb. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşüb və səbirsizliklə öz evlərinə qayıdacaqları günü gözləyir. O, Xocalı qətliamının 25 illiyi ilə bağlı təşkil etdiyi konfransda soyqırımı törədilən zaman 10 yaşı olan canlı şahidin çıxışından çox təsirləndiyini bildirib. Fransalı deputat Sarkisyanın müsahibəsində Xocalı soyqırımında birbaşa əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb. Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. J. F. Mansel deyib ki, o, Beynəlxalq Qadınlar Günündə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Fransa Prezidentinə məktub ünvanlamaq təşəbbüsünü alqışlayır. O bildirib: “Bu qaçqın qadınlar Fransa Prezidentinə öz doğma yurdlarına, evlərinə, valideynlərinin yaşadıqları, uşaqlarını böyütmək istədikləri məkana qayıtmaq arzularını çatdırıblar. Bu, onların fundamental hüquqlarıdır. Bu qadınların səsi eşidilməlidir, amma təəssüf ki, onların səsi kifayət qədər eşidilmir. Məhz buna görə bu gün insan hüquqları meydanına toplaşmağımız təsadüf deyil”.
 


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info