Elmin İnkişafı Fondu “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib
Tarix: 09.03.2017 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu  “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində "2016-cı ilin alimi" mükafat müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən bildirilib ki, mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur. “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.
Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə “İlin alimi-2016”, “İlin gənc alimi-2016” adlarını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər:
 
Əsas nominasiyalar:
 
Fizika-riyaziyyat və texnika elmləri üzrə - 1 mükafat (3 000 manat);
Kimya elmləri üzrə - 1 mükafat (3 000 manat);
Yer elmləri üzrə - 1 mükafat (3 000 manat); 
Biologiya, tibb və aqrar elmləri üzrə - 1 mükafat (3 000 manat);
Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (3 000 manat).
 
Gənc alimlər üçün (35 yaşadək) nominasiyalar:
 
Təbiət və texnika elmləri üzrə - 1 mükafat (2 000 manat); 
Həyat haqqında elmlər üzrə - 1 mükafat (2 000 manat); 
Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (2 000 manat).
 
Müsabiqədə iştirak etmək üçün sənədlər 2017-ci il martın 10-dan aprelin 17-si saat 17:00-dək qəbul olunacaq. Nəticələrin 2017-ci ilin may ayının ilk ongünlüyündə açıqlanması nəzərdə tutulur. 
Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi şəkildə iştirak edə bilərlər. Müsabiqə ilə bağlı sualların elektron-poçt ünvanına göndərilməsi və ya onların zəng vasitəsi ilə cavablandırılması mümkündür. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu haqda Fondun internet portalında əlavə məlumat veriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
22.05.2019
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar
22.05.2019
“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info