Bonnda Azərbaycanla bağlı təqdimat keçirilib
Tarix: 09.03.2017 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Bonn şəhərində ölkəmizlə bağlı təqdimat keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, türk diasporunun təmsilçiləri, soydaşlarımız və alimlər iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, tolerantlıq ənənələri, Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında geniş məlumat verilib. Çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyadan və digər Avropa dövlətlərindən ədalətli mövqe tələb edərək, Xocalını soyqırımı kimi tanımağa və faciəyə beynəlxalq hüquqi qiymət verməyə çağırıblar.
Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rahim Şmidt, Almaniyada hüquq təhsili alan tələbələr Gülnar Hacıyeva, Yavər Məmmədova, gənc həkim Emil Qəhrəmanov çıxış edərək Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və işğal altında olan torpaqların geri qaytarılması istiqamətində dünya azərbaycanlılarının Prezident İlham Əliyevə dəstək olduqlarını bildiriblər.
Tədbirdə, eyni zamanda, ölkəmizdə idmanın inkişafından bəhs olunub. Alman iştirakçı Günter Vaschke bir il yarım Azərbaycanda yaşaması haqqında və ölkəmizlə bağlı maraqlı təəssüratlarını bölüşüb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info