“Mənim ixtisasım gələcəyin ixtisasıdır”
Tarix: 10.03.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in Prezident təqaüdçülərinə 10 sual” layihəsində suallarını BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Camal Muradov cavablandırır.
- Özünüz barədə məlumat verərdiniz.
- Mən Goranboy rayonunda, Səfikürd kəndində ziyalı ailəsində anadan olmuşam. Atam mühəndis, anam evdar qadındır. İki qardaşım var. Böyük qardaşım 2014-cü ildə Azərbaycan Texniki Universitetinə daxil olduqdan bir il sonra Bakı Dövlət Universitetinə köçürüldü. Kiçik qardaşım məktəbi qurtarır və 2-ci qrup üzrə imtahanlara hazırlaşır.
- Qəbul imtahanları arxada qalıb. O gün hansı təəssüratlarla yaddaşınızda qalıb?
- İmtahanqabağı çox çalışmalı olurdum, hətta gecələr də oxuyub, hazırlaşırdım. Valideynlərim mənə deyirdi ki, imtahan hazırlığında gecə istirahəti və sağlam yuxu çox vacibdir. İmtahanda mən 690 bal qazandım.
- Maraqlıdır niyə məhz BANM-i seçmisiz?
- Mən BANM-i ən güclü ali təhsil müəssisəsi olduğuna görə seçdim. Çünki burada təkcə neft-kimya sahəsi üçün ixtisaslı mühəndislər deyil, həm də proseslərin avtomatlaşdırılması sahəsi üzrə ixtisaslı mühəndislər hazırlanır.
- Ailənizin sizin təhsilinizdəki rolu barədə nə deyərdiniz?
- Valideynlərim mənə həmişə dəstək olublar. Əslinə qalsa, onlar mənə məsləhət edirdilər ki, mən Neft-kimya mühəndisliyi fakültəsini seçim. Deyirdilər ki, orada oxumaq və sonradan iş tapmaq çətin olmayacaq. Amma mən uşaqlıqdan ixtiraçı olmağı arzu edirdim. İntellektual maşınlar və robotlar yaratmaq istəyirdim. Məhz buna görə də mən öz istəyimin arxasınca gedərək, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil oldum.
- Ən böyük arzunuz nədir?
- Mənim ən böyük arzum - robotiks sahəsində mütəxəssis və professional proqramist olmaq idi. BANM bitirdikdən sonra təhsilimi ABŞ universitetlərinin birində davam etdirmək istəyirəm. İstəyirəm ki, orada yaxşı təcrübə toplayıb və çalışmaq üçün öz ölkəmə qayıdım. Çünki vətənim və ailəm mənim üçün həmişə öndədir. Bir dənə də arzum var - insanın hiss və emosiyalarına malik olan android yaratmaq.
- Gələcək ixtisasınız barədə nə deyə bilərsiniz?
- Hər şeyin avtomatlaşmış olduğu bir zamanda bu ixtisassız keçinmək mümkün deyil. Belə ixtisaslı mütəxəssislərə hər yerdə və hər sahədə tələbat var. Özlüyündə ixtisas çox maraqlıdır. Mənim ixtisasım Azərbaycanda hələ çox gənc olan robotiks ilə sıx bağlıdır. Hələlik gələcəyin ixtisası olduğu deyilsə də, mən inanıram ki, o, gələcək çox yaxındadır. Hesab edirəm ki, yaxın 5-7 il ərzində robotiksə elə tələbat olacaq ki, necə ki, hazırda elektrik mühəndis və proqramçılara var.
- Hobbiniz nədir?
- Vaxt olanda kinoya baxmağı sevirəm. Macəra və komediya janrında çəkilmiş filmləri seyr etməyi sevirəm. Bir də yumoristik hekayələr oxumağı çox xoşlayıram.
- Bəs başqa nə ilə maraqlanırsınız ?
- Hazırda olduqca çox çalışıram və demək olar ki, boş vaxtım qalmır. Amma imkan daxilində çalışıram ki, dünyada baş verənlərlə - mədəniyyət və elm sahələrindəki yeniliklərdən xəbərim olsun.
- Hansı ədəbi janr sizi daha çox maraqlandırır?
- Maraqlı süjetlərlə zəngin olan kitablar xoşuma gəlir. Ən xoşuma gələn əsərlərdən biri Mark Tvenin “Tom Soyer və Qekliberri Finnin macəraları ” kitabıdır ki, onu indiyədək düz 3 dəfə oxumuşam.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info