Ağdamda məcburi köçkün ailələr üçün evlərin tikintisinə başlanılıb
Tarix: 10.03.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Ağdam rayonunda qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr üçün evlərin tikintisinə başlanılıb.
Tikinti işləri Prezident İlham Əliyevin Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən aparılır. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, sərəncama əsasən rayonun 8 yaşayış məntəqəsində 20 ev tikiləcək. Evlərin 2-si iki, 17-si üç, 1-i isə dördotaqlıdır. Artıq evlərin bünövrəsinin qazılmasına başlanılıb. Tikinti işlərinin bir neçə ay ərzində başa çatdırılması nəzərdə tutulur. Məcburi köçkünlər yeni mənzillərin inşa edilməsini Prezidentin onlara olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Rayonun Qaradağlı kəndində məskunlaşan məcburi köçkün Elxan Əliyev deyib: “Uzun illərdir uşaq bağçasında məskunlaşmışıq. İndi isə bizim üçün yeni evlərin tikintisinə başlanılıb. Tezliklə ailəmizlə birlikdə yeni mənzildə yaşayacağıq. Qayğımıza qaldığı üçün Prezidentimizə minnətdarlığımı bildirirəm”.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info