Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı
Tarix: 10.03.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycan ərazilərinin işğal faktı və onun doğurduğu nəticələr haqqında Avropa Parlamenti üzvlərinin məlumatlandırılması üçün önləyici tədbirlər görüləcək
Milli Məclisin mətbuat xidməti xəbər verir ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentində görüşləri davam edir. Aİ-Azərbaycan münasibətlərinə dair Avropa Parlamentində baş tutmuş uğurlu dinləmələrdən sonra Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və müavini Kamran Bayramov Avropa Parlamentinin bir sıra üzvləri və Avropa Xarici Siyasət İdarəsinin məsul nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan Respublikasının Belçikada səfiri Fuad İsgəndərov da iştirak edib.
Avropa Xarici Siyasət İdarəsinin Şərq Tərəfdaşlığı regionu, Mərkəzi Asiya və ATƏT ölkələri və Rusiya üzrə direktoru cənab Lük Devin və onun siyasi müşaviri Asunsion Sançez ilə görüşdə Azərbaycan-Aİ münasibətləri müzakirə olunub. Aİ rəsmiləri Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulayıb və əməkdaşlığımızı strateji səviyyəyə yüksəldəcək yeni müqavilə üzrə danışıqların başlamasından məmnun olduqlarını bildirib. Növbəti görüşdə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri C. Feyziyev ölkədə və regionda baş verən son hadisələrlə bağlı Avropa Parlamentindən olan həmkarı Səyyad Kərimi ətraflı məlumatlandırıb. Cənab Səyyad Kərim AP-nin üç üzvünün işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfirini qətiyyətlə pisləmiş, şəxsi təşəbbüs əsasında baş tutmuş belə bir səfərdən təəssüfləndiyini və bu barədə Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Gələcəkdə belə halların baş verməməsi üçün regionda baş verən hadisələr - Azərbaycan ərazilərinin işğal faktı və onun doğurduğu nəticələr haqqında AP üzvlərinin daha ətraflı məlumatlandırılması üçün bir sıra önləyici tədbirlərin görülməsi qərara alınıb. AP-nin İnsan Haqları Komitəsinin sədri cənab Antonio Panzeri ilə görüşdə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı son illərdə atılan addımlar, xüsusilə Konstitusiyaya edilən sonuncu əlavə və dəyişikliklər müsbət qiymətləndirilib. Millət vəkili Cavanşir Feyziyev Ermənistan təcavüzü nəticəsində 1 milyon insanın hüquqlarının kobud şəkildə pozulduğunu Komitə sədrinin diqqətinə çatdırıb. Millət vəkilimiz vurğulayıb ki, BMT-nin 4 qətnaməsinə, bir sıra beynəlxalq təşkilatın qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qətnamələrə baxmayaraq qaçqın və məcburi köçkünlərin fundamental hüquqlarının təmin olunması bugünə qədər mümkün olmayıb. Görüşdə həmçinin mülki şəxslərin - Şahbaz Quliyev və Dilqəm Əsgərovun 2 ildən artıqdır ki, erməni əsirliyində saxlanılması və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq onların bu günə qədər azad olunmaması faktının Azərbaycanda ciddi narahatçılıq doğurduğu diqqətə çatdırılıb. AP-nin İnsan Haqları Komitəsinin deyilənlərlə bağlı mövqe bildirməsi və təcavüzkara qarşı mümkün təsir vasitələrinin işə salınması Panzeridən xahiş olunub. Komitə sədri bu məsələnin diqqətdə saxlanılacağını bildirib. AP-nin Beynəlxalq Ticarət Komitəsinin Cənubi Qafqaz üzrə Monitorinq Qrupunun rəhbəri Hannu Takkula ilə görüşdə Azərbaycan ilə Aİ arasında ticarət münasibətləri, bu münasibətlərin inkişaf imkanları müzakirə olunub. Azərbaycanın mühüm geostrateji mövqeyini xüsusi diqqətə çatdıran Takkula son illərdə Azərbaycanın Şərq ilə Qərb arasında ticari münasibətlərin canlanmasında oynadığı mühüm rolu yüksək qiymətləndirib. Takkula Azərbaycanın regiondakı aparıcı rolunu nəzərə alaraq Aİ-nin regional layihələrdə Azərbaycana xüsusi önəm verdiyini qeyd edib. Səfərin üçüncü günündə AP-nin üzvləri xanım Heydi Hautala, Fabio Kastaldo, Xavi Lopez, Andrey Qrzib, xanım Ramona Manesku, Norika Nikolayi, Andrey Mamikins, Kristian Dan Preda və İvo Vayql ilə işgüzar görüşlər keçirilib, ikitərəfli münasibətlərə dair maraq doğuran məsələlər müzakirə olunub. Görüşlərin sonunda nümayəndə heyəti Avropa Parlamentində “Əli və Nino” filminin təqdimat mərasimində və premyerasında iştirak edib. Beləliklə, MM nümayəndə heyətinin Avropa Parlamentinə növbəti səfər başa çatıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info