BSU-da beynəlxalq forum
Tarix: 15.04.2013 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) MDB ölkələrinin, Baltikyanı dövlətlərin və Gürcüstanın “Sülh göyərçinləri” beynəlxalq forumu işə başlamışdır. MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən forum MDB-nin yaradılmasının 20 illiyinə həsr edilib. Tədbir “Postsovet məkanında dövlət dilləri və rus dilinin qarşılıqlı münasibətləri” mövzusuna həsr edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində keçirilən forumun məqsədi beynəlxalq əlaqələrin genişlənməsinə, ali məktəblər, müxtəlif ölkələrin tələbə və pedaqoji cəmiyyətləri arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək etməkdir. Əvvəlcə tədbir iştirakçıları və qonaqlar BSU-nun yaradılmasından, onun fəxri doktorlarından bəhs edən filmə baxıblar.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev tədbiri açaraq qeyd edib ki, rus dili xalqlar arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradan amillərdən biridir: “Azərbaycanda rus dili cəmiyyətin həyatında mühüm yer tutur. Rus dilində qəzetlər, jurnallar nəşr edilir, radio və televiziya verilişləri yayımlanır. Ölkədə 100 mindən çox gənc rus dilində təhsil alır, 40 məktəbdə dərslər yalnız rus dilində keçilir”. Rektor Bakı Slavyan Universitetinin fəaliyyətindən bəhs edərək bildirib ki, universitetdə rusist filoloqlar, rus dili müəllimləri hazırlanır. Burada həmçinin rus dili üzrə tərcümə fakültəsi fəaliyyət göstərir. Universitetdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr rus dilini öyrənirlər.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç qeyd edib ki, Bakıda belə bir forumun keçirilməsi rəmzi məna daşıyır, çünki Azərbaycan yüksək tolerantlığı ilə fərqlənir, burada müxtəlif millətlərdən olan insanlar sülh və həmrəylik şəraitində yaşayırlar: “Azərbaycan beynəlxalq konfessiyalararası dialoq məkanına çevrilib. Ölkə rəhbərliyinin siyasəti tolerantlıq, xalqlar arasında qarşılıqlı anlaşma ideyalarının həyata keçirilməsinə yönəlmişdir. BSU bu tədbiri keçirməklə məhz həmin ideyanı reallaşdırır”. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, MDB çərçivəsində əməkdaşlıq üçün böyük potensial var: “Azərbaycanda rus dilinin inkişafı və qorunub saxlanması üçün çox maraqlı bir model yaradılıb. Burada öyrənməli məsələlər, mənimsənilməli yaxşı təcrübə var”. Forumun açılışında təhsil nazirinin müavini Qulu Novruzov, Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Asim Mollazadə, Elmira Axundova, yazıçı Natiq Rəsulzadə, MDB ölkələrindən gəlmiş professorlar və tələbələr də çıxış ediblər.
Açılış mərasimində “Biz MDB haqqında nə bilirik və Birliyin yaradılmasının 20 illiyi ilə əlaqədar onun perspektivləri” mövzusunda inşa yazı müsabiqəsinin yekunlarına əsasən forum iştirakçılarına fəxri fərmanlar təqdim edilib. Müsabiqənin laureatları arasında Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Litva, Estoniya və digər ölkələrdən olan iştirakçılar var. 12 ölkənin 15 universitetindən 50 nümayəndənin iştirak etdiyi forum aprelin 18-dək davam edəcək. Bu günlər ərzində “Rus dili MDB məkanında inteqrasiyanın katalizatoru kimi”, “Rus dili KİV-də, mədəniyyətdə, təhsildə və elmdə”, “MDB məkanında humanitar inteqrasiya proseslərində gənclərin və tələbələrin rolu və fəal iştirak dərəcəsi” mövzusunda seksiya iclasları, səfirlərlə görüşlər keçiriləcək.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info