“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün var gücümüzlə çalışacağıq”
Tarix: 10.03.2017 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Masallı şəhərində rayonun qadın sahibkarları ilə görüşüb. Görüşdə qeyd olunub ki, ABŞ hökuməti Azərbaycanın cənub bölgəsində qadınların hüquq və imkanlarının genişlənməsini və iqtisadi şaxələnməsini dəstəkləyir.
Səfir Robert Sekuta və xanımı qadın sahibkarlığını təbliğ edən Qadın Resurs və gənclərin bacarıqları üzrə təlim və məşğulluq sahəsində şəbəkənin yaradılması - SYSLAB Təlim mərkəzlərində olublar. Bu mərkəzlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən idarə edilir. Qadın Resurs Mərkəzi Masallı rayonunda 500-dən çox qadın və onların ailələrinə dəstək göstərir. Səfirin xanımı mərkəzdə qadınların problemlərini müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Səfər çərçivəsində səfir və xanımı rayonda fəaliyyət göstərən qadın sahibkarların toxuculuq və çörək müəssisələrində, SYSLAB məzunlarının çalışdığı “ASAN Həyat” Mərkəzində də olublar. Robert Sekuta jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həddindən artıq uzanıb. Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb: “Bu problem danışıqlar yolu ilə həll edilməlidir. Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədri kimi bu istiqamətdə öz səylərini göstərir. Digər həmsədrlərlə birlikdə səylərimizi artırırıq ki, bu münaqişə həll edilsin. Bu yaxınlarda həmsədrlərin bölgəyə səfəri planlaşdırılır. Münaqişənin həlli üçün var gücümüzlə çalışacağıq”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info