Çin ABŞ-da insan hüquqlarının vəziyyətini sərt tənqid edib
Tarix: 10.03.2017 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Başqa ölkələrdə insan hüquqlarının vəziyyətinə irad tutan ABŞ öz ölkəsindəki dəhşətli insan hüquqları pozuntularına diqqət yetirmir”

Çin “2016-cı ildə ABŞ-da insan hüquqlarının vəziyyəti” barədə hesabat yayıb. Həmin hesabatda ABŞ-da insan hüquqlarının vəziyyəti kəskin tənqid edilib. Hesabat Çin Dövlət Şurası tərəfindən yayılıb.
ABŞ-ın hazırladığı insan hüquqları barədə hesabatları tənqid edən Çin dövləti hesab edir ki, “başqa ölkələrdə insan hüquqlarının vəziyyətinə irad tutan ABŞ öz ölkəsindəki dəhşətli insan hüquqları pozuntularına diqqət yetirmir. Çinin yaydığı hesabatda 2016-cı ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı əsas aspektlərdə mühüm pisləşmə olduğu göstərilir. Hesabatda son illər ABŞ-da baş verən cinayətlərin ölümlə sonunclandığı, cinayətdə daha çox odlu silahdan istifadə edildiyi xüsusi olaraq qeyd edilir: “Ötən il ABŞ-da baş verən 58.1 mindən artıq silahlı insident nəticəsində 15 mindən artıq insan öz həyatını itirib, 30 mindən çox insan isə güllə yarası alıb”. Bununla yanaşı, Çinin hesabatında ötən il ABŞ-da əhalinin yoxsul və orta təbəqələrinin yaşayış səviyyəsinin “narahatedici səviyyədə” qaldığı bildirilir. Məlumata görə, 2016-cı ildə ABŞ-da irqçilik problem olaraq daha da kəskin vəziyyət alıb. Hesabat müəllifləri hesab edir ki, Amerikada yaşayan qadınların hüquqları sahəsində heç bir irəliləyiş yoxdur, uşaq və yaşlı insanların hüquqları ciddi şəkildə pozulur. Hesabatda deyilir: “Başqa ölkələrə insan hüquqlarının pozulması ilə bağlı irad bildirən ABŞ dövləti özü günahsız mülki insanların ölümünə yol açır. 2014-cü ilin avqustundan 2016-cı ilin dekabrına qədər Suriyaya ərazisinə 5 mindən artıq hava zərbəsi endirən ABŞ dövləti 6 mindən artıq günahsız insanın ölümünə bais olub. Bununla yanaşı, ABŞ-ın pilotsuz təyyarələri hələ 2009-cu ildə Pakistan, Yəmən və Somalidə 800-dən artıq dinc əhalinin həyatına son qoyub”. Hesabatda ABŞ-ın BMT-nin təklif etdiyi insan hüquqları üzrə qətnamə layihəsini qəbul etməkdən imtina etdiyi də xüsusi qeyd edilib. Qeyd edək ki, bir müddət bundan əvvəl, ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyəti haqqında hesabat dərc edib. Bu hesabatda yer alan bir çox qərəzli fikirlər dövlətlər tərəfindən narazılıqla qarşılanıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
BMT: ”Gələcəkdə Ermənistanın əhalisi 1 milyon nəfər azalacaq”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info