Fransa mətbuatı Azərbaycan diasporunun aksiyasından yazıb
Tarix: 10.03.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Fransanın http://juliepravot.blog.lemonde.fr/ saytında Xocalı soyqırımının törədilməsində birbaşa əli olan və yüzlərlə günahsız azərbaycanlının qətlinə əmr verən Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə səfərinə etiraz əlaməti olaraq Azərbaycan diasporunun Parisin mərkəzindəki Trokadero meydanında keçirdiyi aksiya ilə bağlı “Azərbaycan həqiqətlərin ictimaiyyətə çatdırılması naminə nümayiş edir” adlı məqalə dərc olunub.
Məqalədə aksiyada Sarkisyanın cinayətkar adlandırıldığı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci il fevralın 26-da törədilən genosid aktında onun birbaşa əlinin olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, artıq ədalətin bərqərar olma, eləcə də Fransanın azərbaycanlıların fundamental hüquqlarının tapdandığını tanıma vaxtı gəlib çatıb.
Bildirilib ki, Human Rights Watch Xocalı genosidini Dağlıq Qarabağ münaqişəsinin ən böyük qırğını kimi göstərib. Ermənistanın dəhşətli qətliamı törətməsi aydın şəkildə qeyd edilsə də, beynəlxalq ictimaiyyət indiyədək bu soyqırımına lazımi qiymət verməyib.
Azərbaycan diasporu bu aksiya ilə Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə töhfə vermək üçün Fransanı və beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi təcavüzünü tanımağa və pisləməyə səsləyib.
Fransa–Azərbaycan Dostluq Qrupunun və Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel aksiyada çıxış edərək, azərbaycanlıların Ermənistanın törətdiyi Xocalı soyqırımının qurbanı olduğunu bildirib və ölkəmizin 20 faiz ərazisinin işğalından danışıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək
23.06.2019
Azərbaycan MDB-də ən yüksək minimum əməkhaqqı olan ölkələr kateqoriyasına daxil oldu
23.06.2019
Valdis Zatlers: Çernobıl qəzasında insanlar günahkar idi
22.06.2019
Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır
22.06.2019
Ölkəmizdə aparılan sosial islahatlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info