Magistr təhsili alacaq iki tələbənin bütün xərcləri ödəniləcək
Tarix: 10.03.2017 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-i Dünya Dənizçilik Universitetində magistr təhsili alacaq iki tələbənin bütün xərclərini ödəyəcək.
Gəmiçilik mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-də yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. İstedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədilə təsis olunan Təqaüd Proqramı da belə addımlardan biridir.
Bu il elan olunan proqram Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA)daha iki tələbəsinə Avropada dənizçilik sahəsində magistr təhsili almaq imkanı yaradıb. Belə ki, ADDA-nın “menecment” ixtisası üzrə məzunu Nərminə Müzəffər qızı Cabbarova və “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə məzunu Aqşin Şabəddin oğlu Muxtarov “İELTS” imtahanlarından 6,5 və Akademiyanın daxili imtahanlarından yüksək bal toplayaraq müsabiqədən uğurla keçiblər. Onlar İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində (World Maritime University) müasir dənizçiliyin prioritet istiqamətlərindən sayılan “Dəniz daşımalarının idarə olunması və loqistika” ixtisası üzrə magistr təhsili alacaqlar. Gənclər 14 aylıq təhsil müddətində Çin, İngiltərə və Körfəz ölkələrinin dənizçilik sahəsində təcrübələri ilə də yaxından tanışlıq imkanı əldə edəcəklər. Hazırda gəmiçilik və Dünya Dənizçilik Universiteti arasında təqaüd proqramının detalları haqqında danışıqlar aparılır.
Tələbələrin bütün təhsil xərclərini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ödəyəcək. Təhsilini bitirdikdən sonra isə hər iki gənc beş il gəmiçilikdə işləmək öhdəliyi götürüb.
Məlumat üçün bildirək ki, Dünya Dənizçilik Universitetini (World Maritime University) Birləşmiş Millətlər Təşkilatının (UN) ixtisaslaşdırılmış orqanı kimi Beynəlxalq Dəniz Təşkilatı (IMO) təsis edib. Burada bir çox ölkələrin dənizçiləri təcrübələrini artırmaq üçün təhsil alırlar. Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim, Türkiyənin baş naziri Binəli Yıldırım kimi tanınmış şəxslər bu universiteti bitiriblər. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Zamiq İsmayılov da Dünya Dənizçilik Universitetinin məzunudur.
Xatırladaq ki, 2015-ci ilin sentyabrından AXDG-nin nəzdində Gənclər Mərkəzi fəaliyyət göstərir. Sözügedən proqramın reallaşdırılmasında yaxından iştirak edən mərkəzin əsas məqsədi istedadlı və fəal gəncləri müəyyənləşdirərək həvəsləndirici tədbirlər görmək və kadr hazırlığını stimullaşdırımaqdan ibarətdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info