Karamel məhsullarının keyfiyyət göstəriciləri hansılardır?
Tarix: 15.04.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Gündəlik istehlakda geniş istifadə etdiyimiz karamel konfetin çox yayılan növlərindən biridir və qida rasionumuzda xüsusi çəkiyə malikdir. Bu məhsulların istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi isə vacib məsələlərdəndir. Heç şübhəsiz, son illər respublikamızda yeni texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli karamellər istehsal olunmaqdadır. Karamellərin istehlakı zamanı bir sıra zəruri məsələləri diqqətinizə çatdırırıq.
Təsnifata görə, karamellər iki qrupa, içlikli karamellər və içliksiz karamellərə bölünür. İçlikli karamellərin meyvəli, likörlü, südlü, şəkərli, qozlu, nanəli və s. kimi növləri vardır. Ümumiyyətlə, içlikli karamellər 300-dən çox çeşiddə buraxılır. İçliksiz karamel isə nabatşəkilli karamel adlanır. Bu növ məhsul yalnız karamel kütləsindən ibarət olur və otuzdan çox çeşiddə buraxılır. Onun monpası, barbaris, nanəli və digər növləri vardır.
Karamel istehsalında əsas xammal kimi şəkər və patkadan, əlavə xammal kimi isə müxtəlif meyvə-giləmeyvələrdən, süd, şokalad, kakao tozu, üzvi turşular, boya və ətirverici maddələrdən və s. istifadə edilir.
Karamel istehsalı karamel şərbəti və karamel kütləsinin bişirilməsi, içliklərin hazırlanması, karamelin formalanması, doğranması, çəkilib-bükülməsi və qablaşdırılması mərhələlərindən keçir. Karamel istehsalı qida sənayesinin mühüm istiqamətlərindən biridir.
Gündəlik istehlakda xüsusi çəkiyə malik olan karamelin keyfiyyətini müəyyənləşdirmək alıcı üçün vacib məsələlərdəndir. Birinci növbədə karamellərin keyfiyyəti ilə bağlı ən zəruri məlumatları diqqətinizə çatdırmaq istəyirik. Tərkibində reduksiyaedici maddələrin miqdarı 23%-dən çox olduqda, saxlanılma zamanı karamel nəm çəkir və keyfiyyəti aşağı düşür.
Karamelin orqanoleptiki göstəricilərindən üzərinin vəziyyəti, forması, rəngi, dadı və ətri, içliyin konsistensiyası, fiziki-kimyəvi göstəricilərindən isə içliyin nəmliyi, karamel kütləsində reduksiyaedici maddələrin miqdarı, turşuluğu, içliyin faizlə miqdarı təyin edilir.
Karamelin forması düz olmalı, deformasiyaya uğramamalıdır. Xarici görünüşü gözəl olmalıdır. Rəngi bu məhsula uyğun olmalı, ləkəyə rast gəlinməməlidir. Dad və qoxusu aydın bilinməli, kənar dad və qoxu verməməlidir. Toksik elementlərin tərkibi qəbul edilmiş normalardan artıq olmamalıdır.
Karamel kütləsində 3-4%-ə qədər nəmlik və 22-23%-ə qədər reduksiyaedici şəkərlər ola bilər. Şirələnmiş karameldə şirənin miqdarı ən azı 22% olmalıdır.
Karamel məmulatının müxtəlif çeşidlərini müxtəlif kütlələrdə qutulara və yeşiklərə qablaşdırırlar. Taraların üzəri markalanır. Markalanarkən üzərində əmtəə nişanı, istehsalçının adı və ünvanı, karamelin adı, xalis çəkisi, istehsal tarixi, standartı, məhsulun qida və enerji dəyərini əks etdirən məlumat öz əksini tapmalıdır. Bunlardan əlavə diabet xəstələr üçün nəzərdə tutulan karamellər də vardır. Onların üzərində “həkimin təyinatına əsasən, qəbul edilir” sözləri yazılır.
Karamel məmulatı quru, təmiz, yaxşı havalandırma şəraiti olan, temperaturu 18 C-dən və nisbi rütubəti 75%-dən artıq olmayan yerlərdə saxlanmalıdır. Quş südlü və fiqurlu karamelləri 15 gün, bükülü halda buraxılan nabat, meyvə-giləmeyvə, bal, pomadka və çalma içlikli karamelləri 6 ay, su buxarı buraxmayan qablaşdırıcı materialdan istifadə etdikdə isə 12-18 ay saxlamaq olar.
Əzilmiş, üzərində çat olan, yanmış qənd tamı verən karamelin satışı qadağandır. İstehlakçı olaraq ticarət şəbəkəsindən karamel məmulatı alarkən qeyd olunanlara diqqət edin. Xüsusilə onun saxlanma şəraitinə və müddətinə, markalanmasına, orqanoleptiki göstəricilərinə fikir verin.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info