Bakıda tarixi binanın yeri dəyişdiriləcək
Tarix: 15.04.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Bu həftə Bakıda daşınmaz əmlak sektorunda unikal layihə həyata keçiriləcək. Paytaxtda aparılan yol genişləndirilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq binalardan birinin yeri dəyişdiriləcək. Füzuli küçəsində yerləşən tarixi bina hazırkı yerindən təqribən 10,6 metr kənara çəkiləcək. MDB məkanında ilk dəfə Bakıda baş tutan relokasiya - bina köçürülməsi əməliyyatını Niderlandın «Bresser Eurasia» şirkəti həyata keçirəcək.
Bununla bağlı keçirilən mətbuat konfransında «Bresser Eurasia» şirkətinin sədri Leon Sveeger bildirib ki, Bakıda yeri dəyişdirilən bina şirkətin indiyədək köçürdüyü ən böyük və ən ağır binadır - uzunluğu 52 metr, eni 35 metr və hündürlüyü 20 metr olan binanın çəkisi 18 min tondur: «İndiyədək ən böyük və ən ağır binanı köçürürük. Bu dünya rekordu Azərbaycanda qeydə alınacaq və biz bununla fəxr edəcəyik».
«Bresser Eurasia» şirkətinin yaradıcısı Herman Bresser isə qeyd edib ki, binaların köçürülməsi texnologiyasını «Bresser Eurasia» şirkəti özü yaradıb və artıq 30 ildir ki, binaların köçürülməsi ilə məşğuldur. Şirkət indiyədək Qərbi Avropada və digər ölkələrdə 35 binanın köçürülməsini həyata keçirib: «Əksər hallarda köçürmələr həmin binaların mədəni və tarixi dəyəri olması və onların qorunması ilə bağlı olur. Məsələn, Hollandiyanın Rozental şəhərində 1904-cü ildə tikilmiş binanı 1500 metr məsafəyə çəkmişik».
İndiyədək şirkətin ən uzaq məsafəyə köçürməsi 12 km olub - böyük bir villa bu məsafəyə daşınıb. Şirkətin planlaşdırdığı layihələr arasında Niderlanddakı stadionlardan birinin köçürülməsi də var. H.Bresser bildirib ki, Füzuli küçəsindəki binanın köçürülməsində iki məqsəd var. Birincisi yolu genişləndirmək, ikincisi, bina gözəl olduğuna görə, onu qorumaq. Şirkətin texnologiyasının üstünlüyü ondadır ki, binanın hansı tarixdə tikintisindən asılı olmayaraq, əgər bina normal vəziyyətdədirsə, onu daşıya bilərlər.
Qeyd edək ki, Füzuli küçəsində yerləşən tarixi bina 1908-ci ildə tikilib və vaxtı ilə Bakının məşhur milyonçuları və mesenatları sayılan Hacınski qardaşlarına məxsus olub. Aprelin 18-də bina köçürülməyə hazır olacaq, yəni bütün hazırlıq işləri başa çatacaq.
H.Bresser bildirib ki, Bakıdakı abadlıq işləri baxımından bu binanın köçürülməsi nümunəvi bir iş olacaq. Binanın köçürülməsi üçün onun altında 210 ədəd hidravlik qaldırıcı qurğusu quraşdırılıb. Bu qurğular vasitəsilə bina bir neçə millimetr qaldırılacaq və 9 hidravlik qurğu vasitəsilə lazım olan yerə çəkiləcək. Binanın köçürülməsi 5 gün davam edəcək. Bütün proses fasiləsiz olaraq videoya çəkiləcək və sonradan həmin videoyazı sürətləndiriləcək ki, binanın necə köçürüldüyü əyani göstərilsin. Ən maraqlı məqamlardan bir odur ki, hazırlıq işləri elə bir dəqiqlik və ehtiyatla həyata keçirilib ki, hətta köçürülmə prosesi zamanı 8 ballıq zəlzələ olsa belə, binaya heç bir ziyan dəyməyəcək. Binanın yerinin dəyişdirilməsi - relokasiya prosesi MDB-də ilk dəfədir ki, həyata keçirilir. Binanın köçürülməsi ilə bağlı ortaya çıxan hər hansı xüsusi çətinliklərə gəlincə, şirkət nümayəndələri bildiriblər ki, binanın bünövrəsinin həddən artıq qalın - təqribən 10 metr olması onları təəccübləndirib: «Avropada binaların bünövrəsi belə olmur». Hazırlıq işləri çərçivəsində «Bresser Eurasia» şirkəti bünövrəni təzələyib və nəticədə bu bina yeni yerində daha yaxşı dayanacaq. Şirkət rəhbərliyi Azərbaycanda digər layihələrdə də iştirak etmək niyyətindədir. Şirkət öz təcrübəsini Azərbaycan mütəxəssisləri ilə də bölüşəcək. Şirkət rəhbərinin sözlərinə görə, «Bresser Eurasia» şirkəti özünün Azərbaycanda nümayəndəliyini açmağı və yerli mütəxəssislərə təlim keçməyi planlaşdırır. Artıq gələn həftə «Bresser Eurasia» şirkəti Azərbaycan Memarlar İttifaqı ilə görüş keçirib, əməkdaşlıq müqaviləsi imzalayacaq. Bu müqaviləyə əsasən, şirkət Memarlar İttifaqının məsləhətçisi olacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
25.09.2018
Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib
25.09.2018
“Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir”
25.09.2018
Mələk Çakmak: “Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş ölkə kimi dəyərləndirilir”
25.09.2018
“Qırmızı Körpü” məntəqəsinin Gürcüstan tərəfində laboratoriya istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info