Məcburi köçkünlər kütləvi pulsuz tibbi müayinədən keçib
Tarix: 10.03.2017 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi uğurla davam edir.
Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Zahid Əhmədov AZƏRTAC-a bildirib ki, Taxtakörpü ərazisindəki xəstəxananın poliklinika şöbəsində 10 min nəfərdən çox sakinin müayinə olunması nəzərdə tutulur. Bu günədək 14 idarə və müəssisə kollektivi də daxil olmaqla, 1545 nəfər sakin müayinə edilib. Onlardan 300 nəfəri ambulator, 11 nəfəri stasionar müalicəyə cəlb olunub, 11 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Baş həkimin müavini qeyd edib ki, sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda kardioqram, ultrasəs və digər müayinələrdən keçirilirlər. Bundan başqa, həkim briqadaları tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilir. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu humanist aksiya laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanıb. Laçın rayon 37 nömrəli tam orta məktəbin direktoru Səxavət Məmmədov həkim heyətindən, yaradılan şəraitdən razılıq edərək deyib: “Rayonun digər sakinləri kimi məktəbimizin kollektivi də tibbi müayinədən keçdi. Müayinələrin təşkilindən razıyıq. Aksiyanı əhalinin sağlamlığına göstərilən qayğı kimi yüksək qiymətləndirir, bunun üçün dövlətimizin başçısına minnətdarlıq edirik”.
Rayon sakini Süleyman Şahverdiyev isə razılığını belə ifadə edib: “Bu gün xəstəxanaya gələrək müayinə olundum. Artıq sağlamlığım barədə məlumatlıyam. Biz laçınlı gənclər əhalinin sağlamlığının qorunmasına yönələn bu aksiyanı dəstəkləyir və buna görə Prezidentimizə minnətdarıq”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info