Şəmkirdə Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib
Tarix: 10.03.2017 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2014-cü il 20 iyun tarixli sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəmkir rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən  razılıqla bəhs ediblər. Onlar sosial cəhətdən həssas qruplardan olan insanlara  göstərilən yüksək diqqət və qayğıya, o cümlədən Qarabağ müharibəsi əlillərinin və  şəhid ailələrinin yeni mənzillərlə təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 
 
Evlərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini vurğulayıb. O bildirib ki, ölkəmizdə bütün sosial proqramlarla bərabər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində də tədbirlər də uğurla davam etdirilir.
 
Qeyd olunub ki, 2015-2016-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və respublikamızın bölgələri üzrə ümumilikdə 569 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir. Eyni zamanda, Şəmkir rayonunda da yeni fərdi evlər inşa olunmaqdadır, yaxın günlərdə onların tikintisi işləri də tamamlanacaq və istifadəyə veriləcək.
 
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqları, onlara yönələn sosial ödənişlərin mütəmadi olaraq artırıldığı diqqətə çatdırılıb. Qeyd olunanlar bu gün Azərbaycanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin daim Prezident qayğısı ilə əhatə olunduqlarını təsdiq edir və həmin insanların hərtərəfli təminatının güclənməsinə yönələn işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyinə əminlik hissi yaradır.
 
Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info