Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur
Tarix: 10.03.2017 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Ucar rayonunda “Azəravtoyol” ASC tərəfindən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,5 kilometr, mövcud eni isə 6-7 metr təşkil edir. Tikinti işləri zamanı yolun eni 10 metrə qədər genişləndiriləcək.
Hazırda yol yatağının yararsız qruntunun çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Üç yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, hərəkət hissəsinin eni 6 metr, yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra 2 qat olmaqla yolun 45 min kvadratmetr ərazisinin asfaltlanması nəzərdə tutulub.
Eyni zamanda, əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötürücü borunun quraşdırılması işləri də aparılır.
Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolboyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfiqi nişanlama xətləri çəkiləcək.
Qeyd olunub ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə rahat çıxışı təmin olunmaqla, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində və xarab olmadan bazara daşınması mümkün olacaq. Bu isə öz növbəsində həmin ərazinin insanlarının həyat şəraitinin yüksəlməsinə hesablanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info