İctimai yerdə siqaret çəkilməsi qadağan ediləcəkmi?
Tarix: 10.03.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Milli Məclisin Əmək və sosial siyasət komitəsi və İnsan hüquqları komitələrinin birgə iclası keçirilib. İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə edilib. Layihə barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək  qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi 3 fəsil, 18 maddədən ibarətdir. A. Vəliyev bildirib ki, bu qanun layihəsi Azərbaycanda əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, səhiyyə müəssisələrində, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla bütün növ ictimai iaşə obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, inzibati binalarda, fərdi iş otaqları və tütün çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla iş yerlərində, hava və dəniz limanlarının inzibati binalarında, dəmr yolu vağzallarında, avtovağzallarda və avtobus dayanacaq məntəqələrində xüsusi ayrılmış yerlər istisna olmaqla, eləcə də uşaq meydançalarında və çimərlik əraziləri hüdudlarında, yanacaqdoldurma stansiyalarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, kütləvi yarışların keçirildiyi zallarda, restoran, barlar, kafelər daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, mehmanxanalarda və digər yerlərdə tütün məmulatının istehlakına məhdudiyyətlər tətbiq olunacaq.
Eyni zamanda, qanun layihəsinə əsasən tütün satışı, tütün sponsorluğunun reklamı və stimullaşdırılması qadağan edilir. Həmçinin, televiziya və radio yayımçıları tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə verilişlər hazırlamalı və ay ərzində 90 dəqiqədən az olmayaraq efir vaxtı ayırmalıdır. 
Qanunun tələblərini pozanlar Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.  

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info