Amerikalı yəhudi və müsəlman xanımlar Azərbaycanda görüşlərini davam etdirirlər
Tarix: 10.03.2017 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən “Salaam Şalom Qardaşlığı” antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri Azərbaycanda səfərdədirlər. Qonaqlar səfər çərçivəsində bir sıra görüşlər keçiriblər. Bu gün onlar təhsil naziri Mikayıl Cabbarovla görüşüblər. Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar, Azərbaycanın təhsil sahəsində gender bərabərliyi, dinlərarası dialoq, tolerantlıq və multikulturalizm haqqında məlumat verillib. Həmçinin qonaqların çoxsaylı sualları cavablandırılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Qonaqlar növbəti görüşü ADA Universitetində keçiriblər. Öncə qonaqlar ADA Universitetinin korpusları ilə tanış olublar. ADA Universitetinin prorektoru Fariz İsmayilzadə qonaqlara universitetin tarixi, günümüzdəki nailiyyətləri, mövcud fakültə və ixtisaslar, xarici universitetlərlə mübadilə proqramları və tələblər üçün yaradılmış imkanlar barəsində geniş məlumat verib. Qonaqlar universitetin kitabxanasında da olublar. Fariz İsmayilzadə bildirib ki, universitetin kitabxanası Azərbaycanda ingilis dilində ən böyük kitabxanadır. O, universitetdə 45-dən çox ölkədən tələbənin təhsil aldığını deyib.
Daha sonra qonaqlar ADA Universitetin rektoru Hafiz Paşayevlə görüşüblər. Rektor Hafiz Paşayev qonaqları salamlayıb və Azərbaycana təşrif buyurmaqlarından məmnun olduğunu deyib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info