Sağlamlığı dəbə qurban vermək yox, dəbdən qorumaq lazımdır
Tarix: 10.03.2017 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Geyim həyat tərzinə, sağlamlığa təsir edən məsələlərdən biridir. Lakin təəssüf ki, çox vaxt bəzi gənclər və onların valideynləri ona məhəl qoymadan ya dəblə ayaqlaşmağa çalışır, ya da istədikləri kimi geyinirlər.
AZƏRTAC-ın müxbiri ilə məxsusi müsahibəsində təcrübəli fizioterapevt, Əməkdar Həkim Hacıbala Bədəlli deyib: "Azərbaycanda hava və iqlim şəraiti elədir ki, çox vaxt qalın kürk, dəbdəbəli xəz palto geyinməyə o qədər də ehtiyac olmur. Hava çox nadir halda termometrin mənfi şkalasını göstərir. Belə olan halda dəb xatirinə bahalı xəz dərili palto, qalın kürk geyinib onun içində tərləyəndən sonra özünü soyuğa vermək nəyə lazımdır? Yaxud valideyn öz qızına dikdaban ayaqqabı alıb hədiyyə edirsə, əslində onun sağlamlığına çox böyük ziyan vurmuş olur, çünki hündürdaban ayaqqabıda gəzmək qız uşaqlarında damarların genişlənməsinə, çanaq sümüyünün əyilməsinə, gələcəkdə isə doğuş problemlərinə səbəb olur. Yaxud yayda gözü günəş şüalarının zərərli təsirindən qorumaq üçün gün eynəyi taxmağa dəblə ayaqlaşmaq, yaraşıq vasitəsi kimi yanaşmaq düzgün deyil. Görmə qabiliyyətinin təmin olunması üçün göz hava və işıq şüaları ilə daim təmasda olmalıdır. Sintetik şüşələrdən düzəldilmiş eynəklər gözə çox ziyandır. Ona görə eynəyi dəbə uyğunlaşmaq prinsipi ilə deyil, həkim məsləhəti ilə taxmaq lazımdır".
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info