Hotellərdə yerləşdirilmiş şəxslərin sayı 22 faiz artıb
Tarix: 15.04.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il "Eurovision" mahnı müsabiqəsinin, 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının final oyunlarının və digər beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi ölkəyə gələn xarici turistlərin sayına müsbət təsir göstərib.
Nəticədə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2011-ci illə müqayisədə 22,5 faiz artaraq 624,9 min nəfər olub. Onların da 59,5 faizi xarici ölkə vətəndaşlarıdır. Yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayında əvvəlki ilə nisbətən 44,2 faiz artım qeydə alınıb. Yollayışla gələn turistlərin sayı 48,6 min nəfər olmaqla yerləşdirilmiş şəxslərin ümumi sayının 7,8 faizini təşkil edib. Bu dövrdə keçirilən gecələmələrin sayı keçən illə müqayisədə 9,1 faiz artaraq 1640,9 min təşkil edib. Gecələmələrin 48,9 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Ümumi gecələmələrin 57,3 faizi Bakı şəhərində, qalanı isə digər rayonlarda (şəhərlərdə) qeydə alınıb. 2012-ci il ərzində ölkədə 514 mehmanxana və mehmanxana tipli müəssisə xidmət göstərmiş, onların 5,3 faizi dövlət, 94,7 faizi isə qeyri-dövlət müəssisələridir. 2012-ci ildə ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin yüklənmə səviyyəsi 13,7 faiz təşkil edib. Bu göstərici Bakı şəhərində, Naxçıvan MR-də, Xaçmaz, Lerik, Qəbələ, Masallı, Qusar, Şamaxı və Şəki rayonlarında ölkənin digər rayon və şəhərlərinə nisbətən daha yüksək olub. Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə xidmətindən istifadə edən şəxslərin əsas hissəsi (83,4 faizi) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 43,3 faizi istirahət və əyləncə, 47,5 faizi işgüzar və qalanları digər turizm məqsədilə səfər etmişdir. İstirahət və əyləncə məqsədilə Bakı şəhəri, Naxçıvan MR, Xaçmaz, Quba, Şəki, Şamaxı, Balakən, Qəbələ, Mingəçevir, Lerik, Masallı və Abşeron rayonlarına (şəhərlərinə) səfər edən turistlərin sayı digər şəhər və rayonlara səyahət edənlərin sayından daha çox olub. Turizm məqsədilə səfər edən Azərbaycan vətəndaşlarının 33,4 faizini Bakı şəhərinin sakinləri təşkil edib. Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2011-ci illə müqayisədə 34,3 faiz artaraq 154,0 milyon manata çatıb.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info