Trabzonlu investorlar Azərbaycana gələcək
Tarix: 10.03.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Trabzon Ticarət və Sənətkarlar Təşkilatı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına qarşılıqlı əməkdaşlıq təklif edir. Bu barədə Türkiyənin Trabzon şəhərinin Ticarət və Sənətkarlar Təşkilatının sədri Ahmet Hamdi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı bildirilib. Görüş zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə Prezidentinin son illər qeyri-neft sektorunun, xüsusilə də biznes sahəsinin inkişafı ilə bağlı həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin qənaətbəxş səviyyədə olduğunu deyən Məmməd Musayev bildirib ki, 2500-dən çox türk şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. O, qeyd edib ki, bugünədək bir sira Türkiyə təşkilatı ilə sıx əməkdaşlıq edirik, həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə birgə tədbirlərdə iştirak edir, əməkdaşlıq imkanlarımızı genişləndiririk. Ölkəmizə səfərinin məqsədini açıqlayan Trabzon Ticarət və Sənətkarlar Təşkilatının sədri Ahmet Hamdi rəhbərlik etdiyi təşkilatın azərbaycanlı həmkarları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu deyib. Bu məqsədlə də cari ilin may ayında Gürcüstan-Azərbaycan sahəvi ticarət heyətinin Azərbaycana səfəri gözlənilir. Bakıda ikigünlük forum keçirmək istədiklərini deyən Ahmet Hamdi Trabzondan mütəxəssislərin və investorların həmin foruma gələcəyini qeyd edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının bu tədbirin təşkil edilməsində müvafiq köməklik göstərilməsini istəyib. Bildirib ki, tədbirdə Trabzon və Azərbaycan sahibkarlarının birgə təcrübə mübadiləsi aparması, Azərbaycan regionlarının potensialının öyrənilməsi və birgə layihələrin icrası, eləcə də investisiya qoyuluşu baxımından əhəmiyyətli olacağı nəzərdə tutulur. Bildirilib ki, bundan sonra Trabzon Ticarət və Sənətkarlar Təşkilatı, həmçinin təşkilatın üzvü olan iş adamları ilə azərbaycanlı həmkarları arasında daha intensiv iş aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info