Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilib
Tarix: 10.03.2017 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Prezident Vladimir Putin qeyd edib ki, artıq iki ölkənin dövlətlərarası münasibətləri bərpa olunur. Son vaxtlar Rusiya bu münasibətlərin hər iki ölkəyə layiq səviyyəyə qalxması üçün fəal çalışır. Dövlət başçısı xüsusi vurğulayıb ki, Rusiya ilə Türkiyənin hərbi və xüsusi xidmət idarələri arasında etimad yüksəkdir və onlar çox səmərəli əməkdaşlıq edirlər. Rusiya-Türkiyə iqtisadi-ticarət əlaqələri də bərpa olunur, sərmayələr sahəsində əməkdaşlıq və iri layihələrin həyata keçirilməsinə hazırlıq davam edir. Rusiya Prezidenti energetika sahəsində, o cümlədən “Akkuyu” atom elektrik stansiyasının inşası ilə bağlı əməkdaşlığın da yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Vladimir Putin qeyd edib ki, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2014-cü ildə keçirilən axırıncı iclasından xeyli vaxt ötüb: “Bu vaxt ərzində çox hadisə baş verib. Son dövrlərdə biz Rusiya-Türkiyə əlaqələrinin ölkələrimizə layiq səviyyə qalxması üçün aktiv çalışmışıq”. Rusiya Prezidenti iqtisadi əlaqələrə toxunarkən, martın 9-da iki ölkənin baş nazirlərinin danışıqlarını və bu zaman Rusiya hökumətinin başçısı Dmitri Medvedyevin iqtisadi sahədə “tam formatlı rejimdə” qarşılıqlı əlaqələrin bərpasına yönələn addımlar barədə qarşı tərəfə məlumat verdiyini xatırladıb. Vladimir Putin, həmçinin iki ölkə arasında investisiya əməkdaşlığının və iri layihələrin reallaşmaqda davam etdiyini deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkə “Türk axını” və “Akkuyu” AES-in inşası istiqamətində fəal əməkdaşlıq edir. O deyib ki, hazırda Türkiyə-Rusiya əməkdaşlığının başlıca istiqamətləri müdafiə sənayesi və energetikadır.





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info