Moldovada yeni siyasi qalmaqal: ölkə ərazisinin 40 faizi 50 il müddətinə amerikalılara verilir
Tarix: 11.03.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Prezident Dodon hökumətdən amerikalılarla imzalanan müqavilənin tam mətninin dərcini tələb edir

Moldovada yeni siyasi qalmaqal yaşanmaqdadır. İqor Dodonun prezident seçilməsindən sonra ölkədə siyasi vəziyyət dəyişməyə başlayıb. Rusiya ilə münasibətləri nizamlamağa və bununla da Dnestryanı münaqişəni həll etməyə çalışan Dodon NATO və Avropa İttifaqından imtina edir.
Bu isə Avropa İttifaqı və NATO ilə əməkdaşlığın tərəfdarları olan baş nazir və parlamentin spikerini qane etmir. Ona görə də hakimiyyət daxilində ciddi narazılıqlar yaranıb. Əvvəla, ondan başlayaq ki, Dodon hökumətdən ABŞ-ın “Frontera Resources” şirkəti ilə imzaladığı müqavilənin tam mətnini dərc etməyi tələb edib. Həmin müqavilə Moldova ərazisində neft-qaz yataqlaranın axtarışı və işlənməsi ilə bağlıdır. “Məni ən çox narahat edən məsələ Nazirlər Kabinetinin ABŞ şirkəti ilə imzaladığı müqaviləyə əsasən ölkənin 40 faiz ərazisini 50 il müddətinə onlara verməsidir. Konseptual aspektlərlə yanaşı, onu da bilirəm ki, bu şirkətin fəaliyyət göstərdiyi ölkələrdə çoxlu problemləri olub” - deyə Dodon bildirib. Moldova KİV-i bildirir ki, həmin şirkət daha çox şist qazı sahəsində ixtisaslaşıb. Moldovanın ətraf mühit nazirliyi bu məlumatı təkzib edib və müqavilənin mətnini yayıb. Amma müqavilənin şist qazın axtarılması, kəşfiyyat işinin metodikası ilə bağlı hissəsi gizli saxlanılır və yayılan mətndə yer almayıb. Xatırladaq ki, şist qazla bağlı bundan əvvəl imzalanan müqavilə 1995-ci ildə, yenə də ABŞ şirkəti olan “Redeco” ilə imzalanıb. Amma 2007-ci ildə hökumət müqaviləni pozub. Moldovada yaşanan siyasi qalmaqal bununla bitmir. Prezident Dodonla yola getməyən hökumət məmurlara müraciət edərək Rusiyaya getməməyi tələb edib.

Hökumət məmurlara Rusiyaya səfər etməyi qadağan etdikdən sonra Dodon gələn həftə Moskvaya səfər edəcəyini açıqlayıb

Hökumət Moskvanın Moldovanın rəsmi şəxslərinə münasibəti dəyişməsini istəyir. Hökumət və parlamentin nümayəndələri Rusiyanın Moldovadakı səfiri ilə görüşərək ona nota təqdim ediblər. Həmin notada Rusiya xüsusi xidmət orqanlarının gömrük keçid məntəqələrində moldovalı rəsmilərə alçaldıcı münasibət göstərməsindən, üstlərini axtarmasından, artıq sorğu-sualdan narazılıq ifadə edilib. Notada qeyd edilib ki, bu sahədə vəziyyət dəyişməyincə, moldovalı rəsmilər Rusiyaya səfər etməyəcəklər. Gözlənildiyi kimi, prezident Dodon Nazirlər Kabinetinin bu qərarının əleyhinə çıxıb. Moldova dövlət başçısı hökumətin məmurlara ünvanladığı tələbin qəti əleyhinə olduğunu və Moskva ilə münasibətləri nizamlamaq-möhkəmlətmək üçün özünün Rusiyaya səfərlərinin davam edəcəyini açıqlayıb. Dodon “Facebook”da status yazaraq məsələni belə dəyərləndirib: “Hökumət və parlamentin qeyd etdiyi məsələlər mənə aydın deyil. Amma onların məmurların Rusiyaya səfər etməsini qadağan etməsi normal hal deyil. Ola bilər ki, hansısa məsələ olub, amma belə hallar bizim sərhəddə də olur. Amma bu faktlar bizim Rusiya ilə qurmağa çalışdığımız yaxşı münasibətləri bloklamağa haqq vermir. Mən Moskvaya səfər etməkdə, ölkəmin maraqlarını qorumaqda və Rusiya ilə strateji tərəfdaşlığı möhkəmləndirməkdə davam edəcəyəm. Gələn həftə Rusiyaya işgüzar səfər reallaşdıracağam”. Modovanın Rusiyadakı keçmiş səfiri, “Politicon” araşdırmalar mərkəzinin rəhbəri Anatoli Çaranu “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında deyib ki, əslində, notada Rusiyanın Moldova banklarında “yuduğu” pullara toxunulub. Hesab edilir ki, həmin pullardan “guya deputatları ələ almaq” üçün istifadə edilir. Bu məsələ ilə bağlı Moldovada araşdırma gedir. Rusiya isə buna cavab olaraq moldovalı məmurlara sərhəddə “stop” tətbiq edir. Qeyd edilir ki, baş nazir və spikerlə qalmaqalda olan Dodonu dəstəkləyənlərin sayı çoxdur. Rusiyada işləyən, pul qazananların hamısı Dodonun Rusiya ilə yaxınlaşma siyasətini müdafiə edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info