Rusiya Benqazidə hərbi-dəniz bazası yarada bilər
Tarix: 11.03.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Aleksandr Sobyanin: “Tramp Yaxın Şərq ölkələri üçün yeni siyasət hazırlasa da, hələ ki, diqqəti kəşfiyyat xidmətlərinin "narıncı inqilablar"ından daha çox, müdafiə diplomatiyasına yönəldib”

“Artıq reallıq göz önündədir. Rusiya getdikcə Yaxın Şərqdə nüfuzunu gücləndirməkdədir. Lakin maraqlı nüanslardan biri də bundan ibarətdir ki, Rusiyanın bu ərazilərdəki fəaliyyətini passiv müşahidəçi kimi izləyən Amerika Birləşmiş Ştatları, hələ ki, Moskvanın bu addımlarına maneə törətmir. Doğrudan da maraqlıdır, Rusiyanın bütün bu hərəkətləri Vaşinqtonu qane edirmi?”
Bu fikirlər “Sasapost” nəşrinin icmalçısı Hussam Muhammedə məxsusdur. O hesab edir ki, Rusiyanın Suriya hakimiyyətinə verdiyi dəstəkdən sonra bu dövlət ərəb dünyasının tarazlıq simvoluna çevrilməkdədir. İcmalçıya görə, bu da Yaxın Şərqdə Amerikanın təsir dairəsinin bir qədər də azalması ilə nəticələnəcək. Bununla yanaşı, belə görünür ki, körfəz ölkələri daha çox Rusiya ilə əməkdaşlıq etmək niyyətindədirlər. Bu əməkdaşlıqda beş milyard dollarlıq silah təchizatı da önəm kəsb edən məsələlərdəndir.

“Sasapost”:
“Bu da Yaxın Şərqdə Amerikanın təsir dairəsinin bir qədər də azalması ilə nəticələnəcək”


Ekspert qeyd edir ki, Amerika Birləşmiş Ştatları bu ərazilərdə başqa bir zərbəni Rusiyanın Liviya hökuməti ilə yaxınlaşması nəticəsində alıb. Belə ki, Liviyanın səlahiyyətli nümayəndəsi ölkəsindəki terrorun aradan qaldırılması ilə bağlı Moskvanın təklifinə müsbət cavab verib. Nəşr icmalçısının böyük ehtimalına görə, iki ölkə arasında qarşılıqlı münasibətin yekunu kimi, Rusiyanın hərbi-dəniz bazası Aralıq dənizinin cənub sahilində - Benqazidə yerləşdirilə bilər: “Lakin maraqlısı budur ki, Amerika Birləşmiş Ştatları hələ də baş verənlərə müdaxilə etmək niyyətindən uzaqdır. Belə görünür ki, ABŞ Rusiyanı Yaxın Şərq adlı bataqlıqda batırmaq niyyətindədir” . İcmalçı qeyd edir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Yaxın Şərqlə bağlı danışarkən ölkəsinin bu münaqişəyə yeddi trilyon dollar xərcləndiyini, lakin hələ də məqsədlərinə nail ola bilmədiklərini xatırladıb. Ekspert Rusiyanın belə bir məbləğ qarşısında tab gətirə biləcəyinə şübhə ilə yanaşır. Xatırladaq ki, bir müddət bundan əvvəl “Pravda.Ru” yazırdı ki, öz hərbi potensialını ABŞ silahları ilə ödəyən Liviya artıq Rusiyaya üz tutmaqdadır. Liviya ilə yanaşı, digər ərəb ölkələri də Rusiya ilə dostluq əlaqələrini genişləndirir. “Fox News” qeyd edir ki, Birləşmiş Ərəb Əmirliyi Rusiyadan “Su-35” təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır. Doğrudanmı, Amerika Birləşmiş Ştatları dünyaya təsirinin aşağı düşməsi ilə razılaşmaqdadır? Məsələyə münasibət bildirən rusiyalı ekspert Aleksandr Sobyaninə görə, Tramp Yaxın Şərq ölkələri üçün yeni siyasət hazırlasa da, hələ ki, diqqəti kəşfiyyat xidmətlərinin "narıncı inqilablar”ından daha çox, müdafiə diplomatiyasına yönəldib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info