“İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”
Tarix: 11.03.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”in) birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində “ASAN könüllüləri”nə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. “Məktəblinin dostu” layihəsindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində təmsil etdiyi qurum tərəfindən görülən işlərdən danışıb:“Son illər Azərbaycanın təhsil sistemində paralel olaraq 2 proqram tətbiq olunur. Yeni məzmunla (kurikulumla) 2008/2009-cu ildən tədrisə başlayan şagirdlər bu il orta təhsil səviyyələrini başa çatdırır. Onun sözlərinə görə, bu il IX siniflər üçün yeni formatlı buraxılış imtahanı ilk dəfə olaraq tətbiq ediləcək. Bu istiqamətdə paralel olaraq işlərin davam etdiriləcəyini deyən nazir müavini vurğulayıb ki, 2 ildən sonra yeni buraxılış imtahanı sistemində bir sıra dəyişikliklərin olacağı gözlənilir.
C.Bayramov əlavə edib ki, son illər ərzində Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr, təşəbbüslər irəli sürülüb: “Bu işlər mərhələlərlə həyata keçirilir və əsas istiqamətlər daha keyfiyyətli təhsil vermək, daha hazırlıqlı, savadlı, sağlam düşüncəli şagirdlər yetişdirməkdir. Ölkədə müəllim peşəsinin nüfuzunun artırılması, müəllim hazırlığı sistemində yeniliklərin tətbiq olunması, diaqnostik qiymətləndirmə və əməkhaqqı sisteminin yeni formatda tətbiq olunması, müəllimlik peşəsini seçən tələbələrin daha da stimullaşdırılması sahəsində işlər həyata keçirilir”.
Qeyd edilib ki, “Məktəblilərin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz, sağlam mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. Ceyhun Bayramov bildirib ki, Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsinə pilot olaraq 2016-cı ilin dekabrından Bakının 30 məktəbində başlanılıb. Layihəyə yüzdən çox gənc maraq göstərib, onlar müxtəlif mərhələlərdə seçim və təlimlərdə iştirak edib, şərti “Məktəblinin dostu” adı altında ilkin olaraq könüllü kimi fəaliyyət göstəriblər. Nazir müavini təhsil müəssisələrində sağlam mühitin formalaşmasında, şagirdlərin hərtərəfli inkişafında, onların intellektual səviyyələrinin inkişaf etdirilməsində layihənin müsbət rol oynadığını söyləyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ölkəmizdə könüllülük hərəkatının inkişafından, “ASAN könüllüləri”nin fəaliyyətindən, Təhsil Nazirliyi ilə birgə həyata keçirdikləri layihələrdən danışıb. Qeyd edib ki, könüllülük hərəkatı “ASAN xidmət”in yaradılması ilə bir dövrə təsadüf edir. Qısa müddətdən sonra könüllülər özlərinin ictimai birliyini yaratdılar. Bu birlikdə bu gün minlərlə gənc könüllü toplaşıb. Onlar “ASAN xidmət” çərçivəsindən kənara çıxaraq 200-dək yerli və beynəlxalq layihələr həyata keçiriblər.
Könüllülüyün artıq gənclərimizin həyat tərzinə çevrildiyini vurğulayan Ülvi Mehdiyev deyib ki, könüllülərin qarşılarına qoyduqları məqsəd vətənə, dövlətə sədaqət, özünü təkmilləşdirmə və inkişaf etdirməkdən ibarətdir. O, “Məktəblinin dostu” layihəsinə məzun “ASAN könüllüləri”nin cəlb edilməsini və onların bu layihəyə layiqli töhfə verməsini müsbət dəyərləndirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “Məktəblinin dostu” layihəsinin şagirdlərin davamiyyətində, pis vərdişlərin qarşısının alınmasında mühüm rol oynayacağını bildirib. O, layihənin məktəblərdə yüksək səviyyədə qarşılandığını söyləyib, təhsil müəssisələrində sağlam və təhlükəsiz mühitin formalaşmasında könüllülərin fəaliyyətini xüsusi qeyd edib, onların bu layihədə qazandıqları təcrübənin gələcək karyeralarında müsbət rol oynayacağına əminliyini bildirib.
Sonra “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətində iştirak edən “Məktəblinin dostu” seçilmiş şəxslərə sertifikatlar verilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info