“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın təşəbbüs qrupu yaradılıb
Tarix: 13.03.2017 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Bir qrup ictimai fəalların təşəbbüsü ilə uzun sürən müzakirələrdən sonra “Bütün Dünya Azərbaycanlıları Birləşin” devizi altında «Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı» (BDAT) Təşəbbüs Qrupu yaradılıb. «Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı» (BDAT) Dünya Azərbaycanlılarının birləşməsi və demokratikləşməsi, eləcə də dünyada yaşayan Azərbaycanlıların azad və ədalətli cəmiyyətin inkişafı istiqamətində müxtəlif sahələrdə fəaliyyət göstərən, ictimai fəalların birləşdiyi platformadır. (BDAT) Təşəbbüs Qrupunun məqsədi dünyada yaşayan Azərbaycanlıları bir təşkilat altında birləşdirərək mühitə dialoq, barış və sağlam rəqabəti inkişaf etdirmək eləcə də, şəffaf, azad və ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüslərin səfərbər edilməsini həyata keçirmək və onun səmərəli inkişaf yollarını araşdırmaqdır. (BDAT) Təşəbbüs Qrupu Dünya Azərbaycanlıları arasında həmrəylik, birlik və bərabərlik mühitində birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq bir yumruq altında birləşməyi nəzərdə tutur. (BDAT) Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının birgə əməkdaşlığı ilə qərarlaşdırılıb. Təşkilatın yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılıqlı hörmət və dostluq səviyyəsində fəaliyyət göstərmək, eyni zamanda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə və sivil dünya təşkilatlarına çatdırmaq üçün məqsədyönlü fəaliyyət göstərməkdir




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info