“Bir çox Avropa ölkələrində islamafobiya və ksenofobiya var”
Tarix: 13.03.2017 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


“Niderland dövlətinin Türkiyə xarici işlər nazirinə və Türkiyədən olan digər qonaqlara qarşı etdiyi heç bir diplomatik etiketə sığmayan hərəkəti, eyni zamanda Niderland polisinin dinc türk nümayişçiləri üzərinə itlərlə, atlarla və silahlı dəstələrlə vəhşicəsinə hücum etməsi dünyanın heç bir hüquq normalarına və insanlığa sığmayan hərəkətlərdir”. Bu fikri politoloq Ramiz Alıyev Niderland hökumətinin Türkiyə rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər haqda danışarkən deyib.
Ramiz Alıyev bildirib ki, özünü insan haqlarının carçısı sayan “Freedom House” və “Human Rights Whatch” beynəlxalq təşkilatlar və onların təmsilçilərinin bu mövqeysizliyi həmin qeyri-qanuni hərəkətləri ilə dünya gündəminə düşənlərlə eyni məsuliyyəti daşımalıdır: “Bu qədər də qərəzli olmaq, bu qədər də neofaşizmə xidmət etmək olmaz. Bu hallar bir daha onu göstərir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var. Ümumilikdə onu bildirmək lazımdır ki, Qərbin və Avropanın demokratiya adlı bir “silahı” var ki, o silah ilə dünyanın hər bölgəsinə hökm etmək və ora nəzarət etmək istəyirlər. Təəssüflər olsun ki, bir çox hallarda bu sahədə başarılı da olurlar. Qərb üçün demokratiya onlardan kənar olan, yəni onların vassallığında olmayan ölkələri özlərinə “demokratiya” adı ilə tabe etmək və istədikləri qayda –qanunları həmin ölkələrdə tətbiq etmək, həmin ölkələrin milli sərvətlərini mənimsəmək və özlərindən asılı vəziyyətə salmaqdır. Təəssüləndirici məqamlardan biri də odur ki, bir çox insan haqlarının qorunması ilə məşğul olmalı olan beynəlxalq təşkilatlar ancaq, əslində, öz mahiyyəti üzrə heç bir insan hüquqları yönümdə iş görməyən, qərəzli qərarlar qəbul edən, Qərbin demokratiya adlı tamaşasında xüsusi rolu peşəkarcasına oynayan təşkilatlar da müasir imperializmin həyata keçirdiyi bu çirkin oyunlarda bir alətə çevriliblər. Fikir versəniz görərsiniz ki, bütün bu cür məqamlarda onlar sanki belə olmalıymış kimi davranıb, açıq aşkar öz mövqeysizliyini göstərirlər”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info