AGAT növbəti həmrəylik festivalı keçirir
Tarix: 13.03.2017 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ölkənin mutikultural dəyərlərinə və dövlət siyasətinə sadiq qalaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə 14 mart, 2017-ci il tarixində "Həmrəylik Festivalı-2017" adlı festival həyata keçirməyi planlaşdırır. Bildiyimiz kimi Azərbaycan Azərbaycan Respubliksında 2017-ci ildə “İslam Həmrəyliyi” ili elan olunmuşdur. Bu səbəbi əsas tutaraq AGAT “Həmrəylik Festivalı-2017” adlı festival keçirməyi nəzərdə tutmuşdur. Festivalda AGAT-ın 2009-cu ildə yaratdığı "Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordiyasiya Şurası"na daxil olan 8 icmanın (türk, tatar, yunan, polşa, ukrayna, rus, kakak, yəhudi) təmsil etdikləri ölkələr, 5 ərəb ölkəsi (BƏƏ, Qətər, Fələstin, Səudiyyə Ərəbistanı, Misir) və Norveç, Rumınya, Pakistan, Litva, İndonesiya kimi ölkələr iştirak edəcəkdir. Xüsusi qeyd olunmalıdır ki, AGAT-ın təşəbbüsü ilə festivala təkcə islam dininə mənsub olan ölkələri deyil, xristian dini nümayəndələrini, həmçinin yəhudi dininə mənsub ölkə nümayəndələrini də “Həmrəylik Festivalı-2017” yə cəlb etmişdir. Sadalanan ölkələrin nümayəndələri milli geyim, milli mətbəx, mahnı, rəqs və s. vasitəsilə öz milli mədəniyyətlərini nümayiş edəcəklər.
Tədbirdə Prezident Administrasiyası, Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət strukturları, səfirlik və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcək.
Festival 14 mart, 2017-cü ildə, saat 11.30-da, Badamdar Hotelin “Qəbələ” zalında həyata keçiriləcəkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info